!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğan: “Sağ radikallar Avropanın sosial-siyasi həyatını əsir alırlar”

!Reklam – Yazi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “9 May – Avropa Günü” ilə bağlı mesajında “Köhnə dünya”nı yenə tənqid edib.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, prezident Ərdoğan qitəni bürüyən radikallığın Avropa İttifaqı (Aİ) – Türkiyə münasibətlərini “zəhərlədiyini” deyib:

“Ayrı-seçkilik, mədəni irqçilik, əcnəbilərə qarşı dözümsüzlük və İslam düşmənçilyi kimi sosial bəlalar təəssüf ki, yayılmaqdadır. Getdikcə səs faizlərini artıran və siyasətdə tonverici mövqe tutan ifrat sağ partiyalar Avropanın sosial-siyasi həyatını əsir alırlar. Əksər siyasətçilərin öz dar maraqları naminə Aİ-nin təməl prinsiplərini və Avropanın birgə gələcəyini təhlükə altına salan bu tendensiyaya qarşı sükut etdiklərini görürük. Avropanı bürüyən bu dalğa və siyasət həm də Türkiyə-Aİ münasibətlərini zəhərləyir.

Aİ ilə miqrant, iqtisadiyyat, enerji, Gömrük İttifaqı və üzvlük məsələlərinə dair müzakirələri daha yüksək səviyyəyə çatdırmaqdır. Tarixi, coğrafi və mədəni baxımdan, əsrlərdir, Avropanın bir parçası olan ölkəmiz özünün strateji hədəfi olan Aİ üzvlük prosesini qarşılıqlı hörmət, bərabərlik və faydalılıq anlayışı çərçivəsində davam etdirmək arzusundadır”.

Yeniçağ.Az

www.yenicag.az

771
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv