!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğan: “Siz faşistsiz!”

!Reklam – Yazi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünən İstanbulda keçirilmiş mitinqdə Qərbin Ankaraya qarşı ikili standartlara əsaslanan siyasətini kəskin tənqid edib.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, mitinqdə çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qərbin diskriminativ siyasəti ilə razılaşmayacaqlarını bildirib:

“Kimlərsə Türkiyə prezidentini “diktator” adlandırmağı özlərinə rəva görürlər, ancaq Ankarada Qərb siyasətçilərinə “faşist” və “nasist” deyəndə, onlar bundan narahat olurlar.

Mən faktlarla danışıram: məgər məscid divarlarına faşist svastikası çəkilən yer Qərb deyil? Orada belə hallarla mübarizə aparırlar? Qərbdə məscidləri yandırmırlar? Almaniyanın Zolingen şəhərində əcnəbilərin yaşadığı yataqxananın yandırılması nəticəsində 4 – 27 yaş arasında olan 5 türk qızının həlak olmasını necə unuda bilərik?
Gizli fəaliyyət göstərən “nasional-sosialist” (NSU) təşkilatı funksionerlərinin məhkəməsinin uzadılmasını unutmaq olar?”

Bəzi Avropa ölkələrində terror təşkilatlarının aksiyalarında Türkiyə prezidentinə silah tuşlanmış plakatlar qaldırıldığını deyərək, həmin tədbirlərə icazə verənləri “faşist, əsl faşist” adlandırıb:

“O aksiyalara bəzi Avropa partiyaları dəstək verir. O mitinqlər İsveçrə, Niderland, Belçika, Almaniya və başqa ölkələrdə təşkil olunur. Biz diqqəti bu faktlara yönəltdikdə, onlar narahat olurlar. Siz Türkiyəyə ziyan vurmaqdan əl çəkənə qədər, Ankara sizi tənqid edəcək”.

Türkiyə prezidenti bildirib ki, Türkiyənin regionda apardığı mübarizə ölkənin və qonşu dövlətlərin əhalisinin təhlükəsizliyinə yönəlib:

“Açıq bəyan edirəm ki, Türkiyənin Suriyadakı proseslərə müdaxiləsinə qarşı çıxanlar ölkəmizin pisliyini istəyənlərdir. Türkiyənin İraq və Suriyadakı hadisələrə münasibətini sual altına almaq istəyənlər bizim dostlarımız deyil.

Regional proseslərdə iştirak edən bütün Avropa dövlətlərinə, o cümlədən Rusiyaya səslənərək deyirəm ki, Türkiyə düşmən deyil”.

Yeniçağ.Az

www.yenicag.az

609
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv