kjkjkkjTürkiyə prezident Rəcəb Tayyib Ərdoğan Türk Şurasının baş katibi Ramil Həsənovu qəbul edib.
Məlumata görə, qəbul Türkiyədə səfərdə olan Qazaxıstan prezidenti Nursultan Nazarbayevin şərəfinə verilən şam ziyafətindən sonra olub.

Görüş zamanı 15 iyul hərbi çevriliş cəhdi zamanı Türk Şurasının tərəddüdsüz Türkiyə dövləti və xalqının tərəfində olduğunu xatırladan R. Həsənov bundan sonra da Şuranın Türkiyənin yanında olacağını bildirib. Çevriliş cəhdi zamanı Türk Şurasına üzv olan ölkələrin yüksək vəzifəli şəxsləri ilə əlaqə saxladığını və bunun nəticəsində Şura üzvü ölkələrdən Türkiyəyə güclü həmrəylik mesajlarının gəldiyini bildirən baş katib Türk Şurasının hazırda icra etdiyi layihələr və gələcək planları barədə Ərdoğana məlumat verib.

Ərdoğan isə R. Həsənova və Türk Şurasına minnətdarlığını bildirərək bu çətin dönəmdə qardaş dövlətlərin dəstəyinin önəmini vurğulayıb. O, Türk Şurasının fəaliyyətinə bu günə qədər verilmiş dəstəyin bundan sonra daha da gücləndiriləcəyini deyib./apa

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 25
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."