Ərdoğan və Putindən ilk açıqlama

Müəllif: resul

Editor

erdogan-putinTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya səfiri Andrey Karlovun öldürülməsi ilə bağlı açıqlama verib.

Yenicag.az “Qaynarinfo.Az”-a istinadən xəbər verir ki, dövlət başçısı televiziyalarla yayımlanan açıqlmasında hadisəni təxribat adlandırıb:

“Ölkəm və millətim adından Rusiya prezidenti Vladimir Putin başda olmaqla dost rus xalqına başsağlığı verirəm. Bunun Türkiyə-Rusiya münasibətlərinin normallaşmasını pozmağa yönəlmiş bir təxribat olduğunu bilirik. Amma Türkiyə və Rusiya rəhbərliyi bu təxribata aldanmayacaq iradəyə sahibdir. Başımız sağ olsun”.

Eyni dəqiqələrdə Rusiya prezidenti Vladimir Putin də açıqlama verib: “Rus səfirə qarşı süi-qəsd Türkiyə və Rusiyanın Suriyada yürütdüyü müsbət münasibətlərə yönəlmiş bir təxribatdır”.

Yenicag.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır