!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Ərdoğandan çempiona zəng

!Reklam – Yazi

Ötən gecə “Fənərbaxça”nın kişilərdən ibarət basketbol komandası tarixi uğura imza ataraq, Avropa Liqasının qalibi olub.

Yenicag.az xəbər verir ki, həlledici matçda Yunanıstanın “Olimpiakos” klubu ilə qarşılaşan İstanbul təmsilçisi rəqibini 80:64 hesabı ilə məğlub edib.

“Kanarya”nın bu uğuru Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da diqqətindən kənarda qalmayıb. Qardaş ölkənin rəhbəri klub prezidenti Əziz Yıldırama zəng edərək, onu təbrik edib. Dövlət başçısı daha sonra zəfərin memarı olan baş məşqçi Jalko Obradoviçlə danışmaq üçün Əziz Yıldırımdan telefonu serbiyalı çalışdırıcıya verməsini istəyib. Ərdoğan Obradoviçi təbrik edərək, ona uğurlar arzulayıb.

Qeyd edək ki, Ərdoğanla yanaşı, Türkiyənin baş naziri Binəli Yıldırım da çempionu təbrik edib.

Yenicag.az

www.yenicag.az

856
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv