!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğandan müsəlmanlara çağırış

!Reklam – Yazi

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bu dəqiqələrdə “Türk Amerikan və Amerikalı Müsəlmanlar” cəmiyyəti ilə görüşdə çıxış edib.

Yenicag.az xəbər verir ki, qardaş ölkə lideri ABŞ-dakı müxtəlif etnik qruplarla dostluq münasibətində olan müsəlmanları ictimai həyatda daha aktiv olmağa çağırıb. Ərdoğan çıxışında ötən il Türkiyə istiqlaliyyətinə kölgə salmağa cəhd edən FETÖ terror təşkilatının xəyanətindən danışıb. O bildirib ki, dövlətçiliyə qarşı qəsdlə bağlı ABŞ-a 85 qutu sübut göndərilib, lakin hələ də terror təşkilatının lideri Pensilvaniyada rahatca yaşayır:

“Ölkəmizə qarşı Qərb mediasında qaralama kampaniyası həyata keçirilir. ABŞ-ın FETÖ-nün əsl üzünü görəcəyinə inanıram. Həm FETÖ, həm PKK məsələsində bildiyiniz həqiqətləri dostlarınıza da çatdırmağınızı xahiş edirik”.

Prezident Myanmada müsəlmanların soyqırıma məruz qaldığını və çox acınacaqlı durumda olduqlarını söyləyib:

“Heç bir vaxt “Müsəlmanları buddistlər öldürür” deyə bir ifadə işlətmədik. Buddistlər qətliam törədir, ancaq biz bunu ümumiləşdirmədik. İndi buradan buddistləri humanist toplum olaraq qələmə verənlərə səslənirəm: Hansı haqla “islami terror” ifadəsini işlədirsiniz?

Müsəlman heç kimə zərər verməz. Heç kim dinimizə terror damğası vura bilməz. İŞİD-in İslamla heç bir əlaqəsi yoxdur. İŞİD terror təşkilatıdır. İndiyə qədər 3 minə yaxın İŞİD-çini zərərsizləşdirmişik. İndi ABŞ-ın səlaihyyətli nümayəndələrindən soruşuram, bəs siz neçəsini məhv etmisiniz? Kaş ki, ABŞ Rakka əməliyyatında PYD ilə yox, Türk Silahlı Qüvvətləri və Azad Suriya Ordusu ilə birgə mübarizə aparaydı. Belə olan halda terrorizmi bölgədən təmizləyə bilərdik”.

www.yenicag.az

1146
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv