Ərdoğandan sərt cavab: “Türkiyə yenə eyni cür hərəkət edəcək”

Müəllif: Redaktor

Editor

28b66f54bdd66dcf2bfe7dd46c8dade5“Eyni pozuntu bu gün baş versə, Türkiyə yenə eyni cür hərəkət edəcək”

“Deyirlər ki, Türkiyə İŞİD-dən neft alırmış. Yazıqlar olsun! Türkiyənin hazırda nefti də, qazı da aldığı yerlər bəllidir. Bu sahədə ən böyük idxalatı Rusiyadan həyata keçiririk. Sonra İrandan, Azərbaycandan, Şimali İraqdan, eləcə də Əlcəzair və Qatardan alırıq”.

Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O, həmin ittihamları dilə gətirənləri bunu sübut etməyə çağırıb: “Bizim İŞİD-dən neft aldığımızı iddia edən bunu isbat etmək məcburiyyətindədir. Əks halda, onlara böhtançı deyəcəyəm. Bir ölkəyə kimsə bu şəkildə iftira ata bilməz. İŞİD çıxardığı nefti Əsədə satır. Dəstək verdiyiniz Əsədlə danışın bu məsələləri. İŞİD-in maliyyə qaynaqlarının arxasında Əsəd rejimi dayanır. Əsəd dövlət terroru həyata keçirir. 380 min nəfərin qatili ilə birlikdə olanlar necə insan haqlarından danışa bilər?! Biz buna qarşı çıxdığımız üçün xoşlarına gəlmir”.

R. T. Ərdoğan təyyarə hadisəsi ilə bağlı Rusiyada səslənən açıqlamaları üzüntü ilə izlədiklərini söyləyib: “Baş vermiş hadisə qətiyyən Rusiyaya qarşı atılmış bir addım deyil. Daha əvvəl xəbərdarlıq etmişdik. Dörd dəfə sərhəd pozuntusu baş vermişdi. Son olay zamanı kimə adi olduğu bilinməyən təyyarəyə 5 dəqiqədə 10 dəfə xəbərdarlıq edilib. Təyyarənin vurulması daha əvvəl icazəsi verilmiş avtomatik reaksiyadır. Bizim Rusiya ilə strateji tərəfdaşlığımız var. Rusiyanı hədəfə almağımız üçün bir səbəb yoxdur. Rusiya ilə tərəfdaşlıq başqadır, sərhədimizin pozulması başqa. Pozuntuya yol verən ölkə özünə baxmalıdır. Biz hər kəsdən suverenliyimizə hörmət etmələrini gözləyirik. Eyni pozuntu bu gün baş versə, Türkiyə yenə eyni cür cavab verəcək”.

R. T. Ərdoğan Vladimir Putinin digər ittihamına – Türkiyədəki hakim partiyanın ölkəni islamlaşdırdığına dair ittihama da münasibət bildirib: “Mən və hökumət ölkəni islamlaşdırmaq istəyirmişik. Bunu necə söyləmək olar? Ölkəmizin 99 faizi müsəlmandır. Mən indi durub, “Rusiya hakimiyyəti ölkəni xristianlaşdırır” deyə bilərəm? Tayyib Ərdoğan müsəlmandır, ölkənin də 99 faizi müsəlmandır. O zaman mən nəyə çalışıram? Gör, nə söyləyir… Deyirlər birgə layihələr dayandırıla bilər. Siyasətçilər belə danışa bilərmi? Harada səhvə yol verildiyini siyasətçilər və hərbçilər oturub müzakirə etməlidir”.

R. T. Ərdoğan İŞİD-lə ən ciddi mübarizə aparan dövlətin məhz Türkiyə olduğunu vurğulayıb: “Bir daha ifadə edirəm: biz Bayırbucak türkmənləri və Əsəd rejiminə qarşı mübarizə aparan mötədil müxalifləri dəstəkləyirik və dəstəkləməyə davam edəcəyik. Çünki bunlar məzlumdur, zərərçəkəndir, oradakı torpaqların sahibləridir. Biz türkmənlərlə qohumuq, soydaşıq”.


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir