Ərdoğanı öldürmək istəyən 11 hərbçi tutuldu

Ərdoğanı öldürmək istəyən 11 hərbçi tutuldu

Müəllif: Redaktor

Baş Redaktor

14700296786401626844_1000x669Türkiyədə iyulun 15-də Fətullahçı terror təşkilatının (FETÖ) dövlət çevrilişinə cəhdi zamanı Marmarisdə prezident Rəcəb Tayyib Ərdoğanın qaldığı oteldə dövlət başçısına sui-qəsd etmək istəyən hərbçilərdən 11-i Muğla vilayətinin Ula bölgəsində həbs edilib.

Meşəyə qaçan əsgərlərdən 9-u Muğlanın Ula rayonu ərazisində xüsusi əməliyyat nəticəsində yaxalanıb. Digər iki hərbçi isə səhər saatlarında tutulub.

Qeyd olunub ki, əməliyyat zamanı jandarma qrupu ilə hərbçilər arasında atışma baş verib, nəticədə hərbçilər təslim olublar.

Hazırda prezidentə sui-qəsd etmək istəyən 12 nəfərlik qrupun sonuncu üzvünün yaxalanması istiqamətində iş aparılır.

Dünya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti