!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ərdoğanın güclənməsi ilə Türkiyə Qarabağ münaqişəsinə də təsir edəcək” – Rusiyalı ekspert

!Reklam – Yazi

Türkiyədə keçirilmiş Konstitusiya referendumunun uğurlu nəticəsi ilə ölkədə Ərdoğan hakimiyyətinin daha da gücləndiyi bildirilir.

Rusiyalı siyasi ekspert Qriqori Trofimçuk Yeniçağ.ru-ya müsahibəsində Türkiyədə keçirilmiş Konstitusiya referendumundan sonra Rusiya-Türkiyə münasibətlərinin perspektivini, o cümlədən, Ankaranın daxili və xarici siyasətinin mümkün istiqamətlərini dəyərləndirib:

“Keçirilmiş referendum Rusiya-Türkiyə münasibətlərinə hər hansı – nə müsbət, nə də mənfi təsir göstərməyəcək. Bu münasibətlər Türkiyənin daxili vəziyyətindən çox, ümumi hərbi-siyasi və geopolitik durumdan asılıdır.

Əgər Türkiyə indiki və sabahkı proseslər çərçivəsində və Moskva ilə dialoqa, eyni zamanda, iqtisadi əlaqələrə uyğun tərzdə daha sərt mövqe tutacaqsa, o zaman Ərdoğanın hakimiyyətinin güclənməsi hadisələrin inkişafına təsir edəcək. Hələlik isə Türkiyədə baş verənlər Moskvaya yalnız siyasi baxımdan maraqlıdır. Belə ki, Ərdoğanın güclənməsi ötən ilin yayında baş vermiş çevriliş cəhdindən sonraya təsadüf edir. Referendum bu faktın “de-yure” təsdiqi oldu.

Digər tərəfdən, Türkiyənin Cənubi Qafqaz regionu ilə bağlı siyasətində dəyişikliklər gözlənilir. Əslində, bu da öz başlanğıcını 15 iyul çevriliş cəhdindən götürür. Biz Türkiyənin Suriya münaqişəsində və Qərb koalisiyasının Yaxın Şərqdəki əməliyyatlarda hərbi iştirakının necə genişləndiyini görürük. Cərəyan edən proseslər Türkiyənin Cənubi Qafqaz siyasətində də sürətlə əks olunacaq. Amerikanın bu məsələni diqqətə alması və Ərdoğanın güclənməsi ilə Türkiyə Qarabağ münaqişəsinə də təsir edəcək. Trampın taktikasını nəzərə alsaq, bu təsir hər gün özünü göstərə bilər”.

Yeniçağ.Az

 

www.yenicag.az

614
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv