!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğanın “Qayıdış günü” dəqiqləşdi: AKP mayın 2-də toplanır

!Reklam – Yazi

Türkiyə prezidenti Rəcəb Tyyib Ərdoğanın qurucusu olduğu hakim Ədalət və İnkişaf Partiyasına (AKP) təkrar üzv olacağı gün açıqlanıb.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Binəli Yıldırım jurnalistlərlə görüşündə danışıb:

Yıldırım Cümə namazından sonra jurnalistlərlə söhbətində prezident Ərdoğanın AKP-yə təkrar üzvlüyü haqda suallarını cavablandırıb. Baş nazir bu məsələnin AKP-nin gələn həftə keçiriləcək toplantısında öz həllini tapacağını deyib:

“Mayın 2-də AKP-nin baş qərargahında təşkil olunacaq toplantıda partiyanın ilk qurucusu olan prezidentimizin üzvlüyü proseduru tamamlanacaq. Mayın 21-də isə AKP-nin növbədənkənar qurultayını keçirəcəyik”.

Yeniçağ.Az

www.yenicag.az

649
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv