!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğanın səlahiyyətləri artırıldı

!Reklam – Yazi

 

erdogan-bas2Fətullahçı Terror Təşkilatının (FETÖ) dövlət çevrilişinə cəhdindən sonra Türkiyədə tətbiq olunan fövqəladə vəziyyət rejimi çərçivəsində qanun qüvvəsində olan iki yeni qərar elan edilib.

Bu sənədlər avqustun 17-də “Resmi Gazet”də dərc olunub.

Sənədlərdə bildirilib ki, iyulun 15-dən sonra Türkiyənin Daxili və Xarici İşlər nazirliklərindən, Milli Təhlükəsizlik Təşkilatından (MİT) 2 350 işçi, Türkiyə Silahlı Qüvvələrindən 1356 zabit, gizir və ixtisaslı çavuş kənarlaşdırılıb, İnformasiya Texnologiyaları və Kommunikasiya Təşkilatının isə 196 əməkdaşı işdən çıxarılıb: “Hərbi Dəniz Qüvvələrindən 6 zabit, Hərbi Hava Qüvvələrindən 24 zabit, Sahil Mühafizə Xidmətinin isə 24 əməkdaşı işdən azad edilib”.

Qərarlarda qeyd olunub ki, fövqəladə vəziyyət rejimi dövründə Telekommunikasiya və Rabitə İdarəsi bağlanıb: “Bundan sonra hərbi hospitalların heyəti Səhiyyə Nazirliyinin tərkibində fəaliyyət göstərəcək. Dövlət müəssisələrində işləmək üçün 2010-cu ildə imtahan verərkən saxtakarlıqla köçürmə edənlərin əldə etdikləri nəticələr ləğv olunacaq. Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisini bundan sonra prezident təyin edəcək. 4 illik hərbi fakültələrdə təhsil alan məzunlar zabit ola biləcək”.(report)

www.yenicag.az

693
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv