www.sinerjipro.net

SinerjiProWide
Reklam

Livanın məşhur siyasi analitiki Nidal Sabanın Türkiyənin Suriyanın İdlib şəhərinə daxil olması ilə bağlı şərhi maraq doğurdu. Türk Silahlı Qüvvələrinin İdlibdəki mövcudluğu ilə Amerika proyektinin uğursuz olduğuna diqqət çəkən analitikin fikrincə, bölücü kürd hərəkatı ciddi şəkildə uduzub.

Yenicag.az xəbər verir ki, Nidal Saba öz sosial media hesabında bunları yazıb:

“Bölücü kürdlər Türkiyənin Şimali Suriyaya daxil olmasını “Osmanlının işğalı” kimi qiymətləndirirlər. Ancaq həmin şəxslər öz bölgələrindəki 11 ABŞ hərbi bazasını səyahət ediləcək yer olaraq görürlər”.

Nidal Saba Ərdoğan faktoruna da diqqət çəkərək, “Bölgədəki amerikan proyektlərinin iflası Ərdoğan tanklarının İdlibə daxil olması ilə başladı. Türkiyə prezidenti ilə Putinin anlaşmasının zahiri hədəfi bölgədə atəşkəsə nail olmaqdırsa, əslində hədəf bölücü kürd proyektinə zərbə vurmaqdır’’ deyə, yazdı.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1936
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."