Ərdoğanla Davudoğlunun görüşündən “Qurultay” qərarı çıxdı

Ərdoğanla Davudoğlunun görüşündən “Qurultay” qərarı çıxdı

Müəllif: Baş Redaktor

Baş Redaktor

intro-1462393123Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla baş nazir Əhməd Davudoğlunun görüşündən sonra türk mediasını çalxalayan “AKP fövqəladə qurultaya gedir” dedi-qodusu rəsmiləşdi.

Yenicag.az xəbər verir ki, baş nazirin müavini və AKP Ankara millət vəkili Əmrullah İşlər “Twitter”dən açıqlama yaydı. “Durmaq yox, yola davam” deyən Ə.İşlər “AKP-nin aldığı fövqəladə qurultay partiyamız və ölkəmiz üçün xeyirli olsun” yazdı.

May ayının 16-da gerçəkləşdiriləcək qurultayda Əhməd Davudoğlunun namizəd olmayacağı bildirilir.

Bu barədə qərar sabah Türkiyə saatı ilə 11-də Mərkəzi İdarə Heyətinin toplantısında baş nazir Əhməd Davudoğlu tərəfindən açıqlanacaq.

Partiyanın rəhbərliyinə namizədlər arasında ədliyyə naziri Bəkir Bozdağ, nəqliyyat naziri Binalı Yıldırım, Nazirlər Kabinetinin sözcüçü Numan Kurtulmuşun adı ön plana çıxır.

Qeyd edək ki, internetdə yayımlanan “Pelikan” dosyesində Davudoğlunun Ərdoğana qarşı olduğuna dair bilgilər yer almışdı. Ondan öncə isə AKP-də sədrin şəhər və rayon təşkilatlarına rəhbər təyin etmə səlahiyyəti alınıb, Mərkəzi İdarə Heyətinə verilmişdi.

Yenicag.az

Dünya, Manşet, Banner, Seçmələr

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti