!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğanla Putin arasında telefon danışığı olub

!Reklam – Yazi

xw_1320859Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Federasiyasının dövlət başçısı Vladimir Putin arasında telefon danışığı olub.

Yenicag.az rus mətbuatına istinadən xəbər verir ki, telefon danışığı zamanı tərəflər Suriyanın Hələb şəhərindən insanların təxliyəsi ilə bağlı ziddiyətlərin aradan qaldırılmasının zəruriliyini vurğulayıblar.

Tərəflər həmçinin əhalini humanitar yardımla təmin etmək üçün səylərin artırılması, Suriya böhranı üzrə siyasi həllin mümkün qədər tez tapılmasının vacibliyini qeyd ediblər.

Putin və Ərdoğan həmçinin Astanada Suriya hökumət və müxalifət nümayəndələri arasında görüşün keçirilməsini müzakirə ediblər.

Vladimir Putin 17 dekabrda Kayseridə baş vermiş terror aktında ölənlərlə bağlı türkiyəli həmkarına başsağlığı verib.

Yenicag.az

www.yenicag.az

882
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv