!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərəb milyarder Trampın evli qızına elçi düşdü

!Reklam – Yazi

ABŞ prezidenti Donald Trampın qızı, atası ilə Səudiyyə Ərəbistanına gedən İvanka ərəb iş adamından evlilik təklifi alıb.

Yenicag.Az Türkiyə mediasına istinadən xəbər verir ki, ərəb iş adamı ABŞ prezident Donald Trampın qızı, Ağ Evin müşaviri Cared Kuşnerlə evli olan İvankaya evlilik təklifini videoçarxla bəyan edib.

Məlumata görə, Trampın Səudiyyə Ərəbistanına səfərinin ilk saatlarında Bədir Fəhd Abdullah adlı zəngin bir iş adamı ABŞ prezidentinin qızı İvankaya elçi düşüb.
Qeyd edək ki, İvanka Trampın Yaxın Şərq üzrə müşaviri Cared Kuşnerlə evlidir və iki uşaq anasıdır.

Fəhd Abdullahın İvankaya evlilik təklifinin yer aldığı videoçarx qısa müddətdə sosial şəbəkələrin əsas mövzusuna çevrilib. İş adamı yaydığı videoda İvankaya evlilik təklifini belə bəyan edib:

“Mən Bədir Fəhd Abdullaham. Kral Salmandan Trampın qızı İvankanı Allahın izni və Peyğəmbərin əmri ilə mənə istəməsini rica edirəm”.

Yeniçağ.Az

www.yenicag.az

2287
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv