Erkən nikahla bağlı tamaşalar göstərilir-FOTO

Erkən nikahla bağlı tamaşalar göstərilir-FOTO

Müəllif: Manager

Baş Redaktor

80202 (1)Azərbaycan Respublikası Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Erkən nikahla bağlı interaktiv teatr üslubunda tamaşa” layihəsi Azərbaycanın cənubunda yerləşən 6 rayonu əhatə edir.
Layihənin mövzusu erkən nikahla bağlıdır.

Tamaşa təqdim olunduğu 4 rayonun hər birində yeniyetmələr kifayət qədər aktivlik göstəriblər və bu məsələdən çıxış yollarını səhnədə oynamağa çalışıblar. Tamaşanın izləyici kontingentini 13–18 yaş arası məktəblilər təşkil edir.

müvafiq olaraq tamaşalar 29 sentyabr saat 12:00-da Astara rayon Mədəniyyət evində və 30 sentyabr saat 15:00-da Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram teatrında baş tutacaq.

Layihənin tərəfdaş təşkilatları Cənub Regional Televiziyası və Lənkəran Dövlət Dram teatrıdır.

Tamaşa Orxan Cahangirin “ Çıxış” pyesi əsasında hazırlanıb, quruluşçu rejissor Lənkəran teatrının aktyoru Tərlan Abdullayevdir.

(qafqazinfo.az)

 

Cəmiyyət

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti