Erməni dostu azərbaycanlı nazir qızını təriflədi

Müəllif: Redaktor

Editor

скачанные файлыMəşhur erməni aktyor Armen Ciqarxanyan 80 illik yubileyi ərəfəsində “Rossiyskaya qazeta”ya həyatı, yaradıcılığı və hələ xeyli yaşamaq arzuları haqda danışıb.

SSRİ xalq artisti Ciqarxanyan Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyevin qızı Nara Şirəliyeva ilə uzun illərdir yaxın dost olduğunu gözlənilmədən etiraf edib.

“Mən erməniyəm, ancaq mənim azərbaycanlılarla tamamilə möcüzəvi dostluq münasibətlərim də var. Mənim çoxillik rəfiqəm, “Kultura” kanalının aparıcısı Nara Şirəliyeva azərbaycanlıdır”- deyə erməni aktyor bildirib.

Nara Şirəliyeva uzun illərdir Rusiya telekanallarında işləyir.

O, həmçinin Rusiyanın hakim “Vahid Rusiya” partiyasının fəallarından biridir. Hətta prezident Vladimir Putinin səlahiyyətli nümayəndəsi kimi onun seçki kampaniyasında da iştirak edib(virtualaz).


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir