Yazı İçi 468×60

ermeni generalin etirafiiiErməni general-mayor, “Kommandos” ləqəbli Arkadi Ter-Tadevosyan erməni radiosuna verdiyi müsahibədə Dağlıq Qarabağda yaşanan son vəziyyətlə bağlı diqqətçəkən məqamlara toxunub.

AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, Arkadi Ter-Tadevosyan yerli KİV-ləri cəbhədəki hadisələri düzgün işıqlandırmamaqda ittiham edib.

“Fikrimcə, yerli KİV-lər hadisələri doğru işıqlandırmır. Onlar deyirlər ki, bu, Azərbaycanın Ermənistana qarşı genişmiqyaslı aqressiyasıdır. Rəsmi şəxslər və Müdafiə Nazirliyinin rəsmilərinin bu barədə açıqlamaları həqiqəti əks etdirmir”,- deyə vurğulayan general Azərbaycanın qarşısına tamamilə fərqli məqsədlər qoyduğunu vurğulayıb.

“Azərbaycanın əsas məqsədi bizim qoşunlar və texnikamızın harada olduğunu öyrənmək idi. Hesab edirəm ki, Azərbaycan öz istəyinə nail oldu. Cəbhə xəttində baş verən hadisələr döyüşlə yanaşı kəşfiyyat xarakterli əməliyyat idi. Azərbaycanın əsasən hədəfi bu məlumatları təhlil etmək və növbəti addımı atmaqdır. Biz onlara nə ilə cavab verdik? Gözlənilməzlik faktoru olduğundan biz bir neçə mövqe itirdik”, – deyə Ter-Tadevosyan qeyd edib.

“Azərbaycanın öz hədəfinə nail olubmu?” sualına general “bəli” deyə cavab verib.

“Bəli, Azərbaycan öz istəyinə nail oldu. Bir daha təkrar edirəm cəbhədə yaşananlar kəşfiyyat xarakterli idi”.

Generalın fikrincə, Azərbaycan Qarabağ uğrunda gedən son döyüşlərdə müharibə qanunlarına riayət edərək qələbə qazanıb: “Hesab edirəm ki, Azərbaycan genişmiqyaslı hücum qərarı verəcəyi təqdirdə faktiki olaraq başladığı işi davam etdirə biləcək”

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 32
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."