Erməni idmançılar Bakıya gəlir

Müəllif: Redaktor

Editor

????????????????????????????????????

Bakıda sentyabrın 10-da start götürəcək şahmat üzrə Dünya Kubokunda Ermənistanın 4 təmsilçisi mübarizə aparacaq.

Bu barədə jurnalistlərə “Dünya Kuboku-2015” və “Bakı Şahmat Olimpiadası – 2016″nın Əməliyyat Komitəsinin direktoru və Azərbaycan Şahmat Federasiyasının (AŞF) vitse-prezidenti Mahir Məmmədov açıqlama verib. O bildirib ki, Levon Aronyan, Qabriel Sarkisyan, Samvel Ter-Sahakyan və Qrant Melkumyandan əlavə, ABŞ-ı təmsil edən Samuel Sevyan və Varujan Akobyan da Dünya Kubokuna qatılacaqlar. Sevyanla Akobyanın yanında psixoloq qismində 2 şəxs də Bakıya gələcək.

M.Məmmədovun sözlərinə görə, erməni şahmatçıların iştirakı ümumi qaydada olacaq: “Onların təhlükəsizliklərini təmin etmişik. Bütün iştirakçılar və yarışın özü “Fairmont Hotel”də olacaq. Onlar elə bu oteldə qalacaqlar. Düzdür, hamı ilə birgə olmaları bizim mühafizəçiləri bir qədər narahat edəcək. Ona görə də erməni şahmatçıların mühafizələrini bir qədər artıracağıq. Amma xüsusi mühafizəyə ehtiyac yoxdur”.

Əməliyyat Komitəsinin direktoru bildirib ki, Ermənistan şahmatçıları ətrafında ajiotaj yaratmağa ehtiyac yoxdur: “Onlarla bizim şahmatçıların görüşləri ətrafında yalnız ilk illərdə ajiotaj olub. Sonradan o qədər yarışda birgə iştirak olub ki, onlarla görüşlər adi xarakter alıb. Ümumi götürdükdə, üstünlük bizim tərəfdədir. Amma buna adi bir hal kimi yanaşırıq. Ajiotaja yol verməməliyik”.

AŞF-nin digər vitse-prezidenti Faiq Həsənov da Ermənistan şahmatçılarının oyunlarını çox qabartmamağı xahiş edib. Onun fikrincə, əks halda, bu, Azərbaycan şahmatçılarının çıxışlarına təsir edə bilər.

Qeyd edək ki, Dünya Kubokunun açılış mərasimi sentyabrın 10-da Bakı Muğam Mərkəzində olacaq. 128 şahmatçı olimpiya sistemi ilə yarışaraq, oktyabrın 5-də qalibi müəyyənləşdirəcəklər. Finalçılar İddiaçılar Turnirinə vəsiqə qazanacaqlar.(Report)


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir