!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Erməni iftirası – 24 aprel

!Reklam – Yazi

samir-adigozelli2Uzun illərdir erməni separatçıları 24 aprel tarixini sözdə “erməni soyqırımı” günü elan edərək dünya ictimaiyyətini bu yalana inandırmağa çalışırlar.

Əsl həqiqətdə isə erməni şovinist şəbəkəsi 100 ildən artıqdır türk dünyasına qarşı həyata keçirdikləri soyqırım cinayətlərini örtbasdır etmək üçün iftira təbliğatını Türkiyəyə qarşı başlatmışdır. Dünya ictimaiyyəti isə bilməlidir ki, 1905-1918-ci il qırğınları ermənilərin türklərə qarşı törətdikləri çoxsaylı soyqırım aktlarından biridir. Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri beynəlxalq səviyyədə öz siyasi-hüquqi qiymətini almamış bu qanlı soyqırım tariximizin açılmamış səhifələrindəndir. Tarixi sənədlər sübut edir ki, 1918-ci ildə Cənubi Qafqazdakı öz dədə-baba yurdlarında etnik təmizləmə və soyqırım siyasətinə məruz qalan yüz minlərlə Azərbaycan türkləri erməni daşnakları tərəfindən kütləvi surətdə qətllərə məruz qalmış və yaşadıqları ərazilərdən (indiki Ermənistan Respublikası) deportasiya olunmuşlar.

Tarixi faktlar göstərir ki, 1918-ci ilin martında Urmiya, Xoy, Maku, Salmas, Bakı, İrəvan, Zəngəzur, Göyçə, Vedi, Pəmbək, Dərələyəz mahalları, Gəncə, Naxçıvan, Lənkəran, Şamaxı, Quba, Kürdəmir və s. şəhərlərdə yüz əlli mindən çox soydaşımız ermənilər tərəfindən qətlə yetirilib. Təkcə Urmiyada bir günün içərisində ABŞ, Fransa, Rusiya konsullarının gözləri qarşısında on mindən çox adam ermənilər tərəfindən öldürülmüşdür.

Mart qırğınları erməni şovinistlərinin xalqımıza qarşı böyük miqyaslı və diqqətlə düşünülüb hazırlanmış etnik təmizləmə siyasətinin tərkib hissəsi idi.

1918-ci ildə ermənilər tərəfindən Bakıda həyata keçirilən soyqırım zamanı on səkkiz minə qədər Azərbaycan türkü qətlə yetirilmişdir. Türkiyənin Qars, Van, Ərzurum və s. bölgələrində də erməni terrorçuları tərəfindən silahsız insanlara qarşı amansız qətliam zamanı minlərlə adamı quyulara toplayaraq yandırmışdılar.

XX əsrin əvvəllərində xalqımıza qarşı törətdikləri qətllərin və soyqırımların davamı olaraq 1992-ci ilin fevral ayının 26-da Azərbaycan Respublikasının Xocalı şəhərində erməni hərbi birləşmələri tərəfindən dinc əhaliyə qarşı soyqırım həyata keçirilmişdir. Erməni şovinistləri 1988-ci ildən başlayaraq Azərbaycan Respublikasının 20 faiz ərazisini işğal edərək bu gün də dinc əhalimizə qarşı terror fəaliyyətini davam etdirməkdədir. Bütün bu işğalçılıq və terror fəaliyyətləri Ermənistan hakimiyyəti və onun başçısı Serj Sarkisyanın birbaşa rəhbərliyi ilə həyata keçirilməkdədir.

Bütün dünya ictimaiyyəti bilməlidir ki, Azərbaycan və Türkiyəyə qarşı Ermənistan və onun daşnak törtöküntüləri tərəfindən yüz ildən artıqdır baş verən təcavüz bu gün də davam etməkdədir.

www.yenicag.az

631
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv