yenicag.az
yenicag.az

Erməni maşınla azərbaycanlını vurdu – Gürcüstanda

Erməni maşınla azərbaycanlını vurdu – Gürcüstanda

Müəllif: Redaktor

Editor

c90108529111Gürcüstanda Ermənistan vətəndaşının idarə etdiyi avtomobil azərbaycanlını vurub.

Yenicag.az-ın APA-ya istinadən məlumatına görə, hadisə azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunun Yuxarı Saral kəndindən keçən magistral yolda baş verib.

Ermənistan vətəndaşının idarə etdiyi avtomobil həmin kəndin sakini Mübariz İsgəndər oğlu Həsənovu vurub. Yuxarı Saral kənd sakini, yazıçı Əli Abbas bildirib ki, hadisəni törədən Ermənistan vətəndaşı qaçmağa cəhd etsə də, həmin yolla hərəkət edən Azərbaycana məxsus avtomobilin sahibi buna mane olub. Belə ki o, erməni sürücünün arxasınca düşərək onu dayandıra bilib. Hadisə yerinə gələn yol patrul xidmətinin əməkdaşları cinayət törədib qaçmağa cəhd edən Ermənistan vətəndaşını saxlayıblar.

Qəza nəticəsində ciddi xəsarətlər alan M. Həsənov xəstəxanaya yerləşdirilib. Həkimlərin bildirdiyinə görə, onun vəziyyəti orta ağır olaraq qalır.

Hadisə ilə bağlı cinayət işi qaldırılıb, araşdırma aparılır.

 

Kriminal, Seçmələr

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti