!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Erməni nazirin İran səfərində Qarabağ üçün təşəkkürü - Şeytan ayrıntıda gizlidir

!Reklam – Yazi

Ermənistanın müdafiə naziri Viqen Sərkisyan Tehranda iranlı həmkarı Hüseyn Dehqanla görüşüb.

Yeniçağ.Az xəbər verir ki, nazirlərin görüşündə İranla Ermənistan arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyi önə çəkilib. Ölkəsinin İranla münasibətlərə xüsusi əhəmiyyət verdiyini deyən Sərkisyan ikitərəfli əlaqələrin dərinləşdirilməsi üçün imkanların olduğunu bildirib. Erməni nazir İranla hərbi sahədə əməkdaşlığın gücləndirilməsində maraqlı olduqlarını bildirib. Nazirlərin görüşündə ən maraqlı detallardan biri Sərkisyanın Qarabağ münaqişəsinə dair mövqeyinə görə İrana minnətdarlıq etməsi olub.

İranın müdafiə naziri Dehqani də Ermənistanla bütün sahələrdə əməkdaşlığı genişləndirməyə hazır olduqlarını diqqətə çatdırıb. Sərkisyanın Tehrana səfərinin tragikomik məqamları arasında İranın xarici işlər naziri Cavad Zəriflə görüşündə səslənən fikirlər diqqəti cəlb edir. İranlı nazir ölkəsinin Ermənistanla münasibətlərinin “nümunəvi” olduğunu deyib. Bundan başqa, nazirlər İranla Ermənistanın beynəlxalq terrorizmə qarşı mübarizədə əməkdaşlıq imkanlarını da dəyərləndiriblər. Göründüyü kimi, İran Azərbaycan ərazilərinin böyük hissəsini işğal altında saxlayan Ermənistanı yüksək səviyyədə dəstəkləməyi davam etdirir.

Sərkisyanın Tehrana səfərini və aparılan müzakirələrdə İran-Ermənistan münasibətlərinin inkişafına dair səslənmiş fikirləri Yeniçağ.Az-a şərh edən politoloq Elçin Mirzəbəyli bildirib ki, türk düşmənçiliyi ilə seçilən bu iki ölkənin yaxınlaşmasını stimullaşdıran əsas cəhət hər iki rejimin cinayətkar mahiyyətidir:

Elçin Mirzəbəyli ile ilgili görsel sonucu“Dəfələrlə deyilmiş fikri bir daha təkrarlamaq lazım gəlir ki, İran həqiqətən, işğalçı Ermənistan üçün “həyat nəfəsliyi” funksiyasını yerinə yetirir. Ermənistanın dövlət başçıları da dəfələrlə açıq mətnlə etiraf ediblər ki, İranın yardımları və dəstəyi olmasaydı, onların ayaqda qalmaları da mümkün olmazdı. O baxımdan, Ermənistan müdafiə nazirinin Qarabağ münaqişəsində tutduğu mövqeyə görə İrana minnətdarlıq etməsi təbiidir. İran və Ermənistan rəsmilərinin ən yüksək səviyyəli qarşılıqlı səfərləri təsdiqləyir ki, bu ölkələri birləşdirən əsas cəhətlər türk düşmənçiliyi və daşıdıqları cinayətkar mahiyyyətdir.
Dövlət səviyyəsində terroru dəstəkləyən, həyata keçirən bu ölkələrin “beynəlxalq terrorizmə qarşı mübarizə”dən danışmaları Tehranla İrəvanın riyakarlığını bir daha nümayiş etdirir. Beynəlxalq səviyyədə terrorizmin yayılmasında ermənilərin birbaşa iştirakı hər kəsə məlumdur. “Daşnaksütun”, ASALA kimi terror təşkilatları bu gün də fəaliyyətdədirlər və İrəvandan zəruri dəstək alırlar. O cümlədən İran da terroru dəstəkləyən ölkə hesab olunur. İranla Ermənistan “beynəlxalq terrorizmə qarşı birgə mübarizə”dən danışırlarsa, bu o deməkdir ki, əslində, söhbət Tehranla İrəvanın terrorçuluq fəaliyyətlərini əlaqələndirməkdən gedir”.

A.Zeynalov
Yeniçağ.Az

www.yenicag.az

877
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv