Yazı İçi 468×60

Hələ “böyüyəndə kim olmaq istəyirsən?” sualının ünvanlanmadığı körpəni… Hələ “atanı çox istəyirsən, yoxsa ananı?” sualını dərk etmək yaşında olmayan balanı… İsti suyu, cərəyanı “cızza” bilən cocuğu… Gecələr dəcəllik edib, yatmayanda anasının “xoxu gəlib səni aparacaq” dediyi uşağı…

“Biri vardı, biri yoxdu” ilə başlayan nağıllarda Cırtdan, Məlikməmməd barədə təsəvvürü olmayan 18 aylıq Zəhranı…
Anasının mikrobdan qoruduğu üçün, torpaqla oynamasın, yerdən nəsə götürməsin deyə, nəzarət etdiyi ciyərparasını… Və sonda atasının öz əlləri ilə torpağa tapşırdığı canı… – ErMəni öldürdü…

Ölüm, o biri dünya barədə təsəvvürü belə olmayanı… Yuyulmuş paltarlarını yenidən geyinməyəni… İstifadə edilməmiş pampersləri qalanı… Oyuncaqları kimsəsiz qoyanı… Mərmi boyda olanı… Süd qoxusu gələni… – ErMəni öldürdü…

Öz əcəli ilə ölməyə doğulmayanı… İməkləyə-iməkləyə şəhidlik zirvəsinə ucalanı… 18 aylıq yaşadığı ömürlə bütün beynəlxalq təşkilatları susmağa məcbur edən qızcığazı… – ErMəni öldürdü…

Xocalıda divara mismarlanıb, dərisi soyulan azərbaycanlı balasını Zori Balayandan törəyən nəsilsizin nümayəndəsi…

– ErMəni öldürdü…

“Fəryad” filmində əsir düşən İsmayılın saxlandığı evi yandırarkən erməni körpəsinin ölməsinə göz yuma bilməyən və tez alovu söndürən, sonradan filmin məhz bu səhnəsinə dözməyərək, ürəyi partlayan Ceyhun Mirzəyevin təmsil olunduğu millətin balasını… “Kurtlar Vadisi”ndə Mematinin oğlunun öldüyü, dəfn edildiyi səhnəyə gözyaşı tökən millətin 2 yaşına çatmayan körpəsinə atəş açmaqla bizlərin etdiyi rayonlu-bakılı söhbətini – ErMəni öldürdü…

Uyu körpəm, balam, canım, uyu… Qəbirin qaranlığından da qorxma. Nənən Səlminaz yanındadır.

Nazını da çəkəcək, sənə nağıl da danışacaq: “Zəhra vardı, Zəhra yoxdu… ”

erMƏNİ öldürdü… Ər MƏNİ yox!

EMİN SƏFƏROV
Yenicag.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 84
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."