!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Erməni “qanuni oğru” öldürüldü, qardaşı güllələndi

!Reklam – Yazi

Rusiyada “qanuni oğru”nun qardaşı güllələnərək öldürülüb.

Yeniçağ.az cebhe.info-ya istinadən xəbər verir ki, hadisə aprelin 3-də Podmoskovyedə baş verib. Həmin gün güllələnərək öldürülən şəxs “qanuni oğru” Edvard Marqaryamın kiçik qardaşı olub. Xoren Marqaryan adlı şəxs öldürüldükdən sonra maşının yük yerinə qoyulub. Onunla yanaşı dostu olduğu deyilən Mikael Lələyan da güllələnib.

“Mercedes” markalı maşının yük yerindən tapılan cəsədlərin kimə məxsus olduğu müəyyənləşdirilib. Hadisənin mübahisə zəminində baş verdiyi təxmin olunur.
Hadisəni törədən şəxslərin axtarışı davam edir.

Qeyd edək ki, Xoren Marqaryan qardaşından fərqli olaraq “oğru” olmayıb, ancaq “zəngin” kriminal keçmişi var. Hətta qətlə görə həbsdə də olub. Qardaşının “oğru” statusuna şübhə edən şəxsi öldürən Xoren Marqaryan həbsdən çıxdıqdan sonra da kriminal fəaliyyətini davam edirib.

Onun “oğru” qardaşı Edvard Marqaryan kriminal aləmdə “Edo Oktemberyanski” kimi tanınıb. 2011-ci ildə öldürülüb. Qardaşların atası oğlunun ölüm xəbərini aldıqdan dərhal sonra ürək tutmasından vəfat edib.

Yeniçağ.az

www.yenicag.az

599
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv