asdaaa8Aprelin 10-da Misirin Asiya ölkələri üzrə mütəxəssisi, jurnalist və tədqiqatçı Əhməd Əbduh Tarabekin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məqaləsi Misirin nüfuzlu “Ruzəl-Yusuf” qəzetində nəşr edilib.

Trend-ə Azərbaycanın Misirdəki səfirliyindən verilən məlumata əsasən, Ə.Tarabek aprelin 2-nə keçən gecə Dağlıq Qarabağda və ətraf rayonlarda Ermənistan silahlı qüvvələri tərəfindən bütün cəbhə boyu Azərbaycan mövqelərinin və yaşayış məntəqələrinin intensiv atəşə məruz qalması haqqında məlumat verərək, baş verən hadisələrin dünya birliyinin diqqətini yenidən həmin bölgəyə çəkdiyini bildirib.

Müəllif Ermənistanla Azərbaycan arasında atəşkəs razılaşmasının 1994-cü ildən qüvvəyə mindiyini, sözügedən münaqişənin ATƏT-in Minsk qrupu tərəfindən sülh danışıqları yolu ilə həllinə səylərin göstərildiyini bildirib, eyni zamanda münaqişə ilə bağlı BMT TŞ-nın qəbul etdiyi məlum dörd qətnamənin Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxmasını tələb etməsi barədə oxuculara məlumat verib.

Ə.Tarabek Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində status-kvonun uzun müddət davam etməsinin Azərbaycan tərəfindən qəbuledilməz olduğunu vurğulamış, bir milyondan çox azərbaycanlının öz doğma torpaqlarından məcburi şəkildə çıxarılaraq, qaçqın və köçkün vəziyyətə düşdüyünü, Azərbaycan hökuməti tərəfindən qaçqın və köçkünlər üçün ölkə daxilində yaxşı şəraitin yaradılmasına baxmayaraq, yenə də onların öz doğma torpaqlarına qayıtmaq, öz evlərinə sahib çıxmaq arzusunda olduğunu qeyd edib.

Ermənistan-Azərbayan, Dağlıq Qarabağ münaqişəsinin bu şəkildə davam etməsinin regionda sabitliyin və əmin-amanlığın mütəmadi şəkildə pozulmasına gətirib çıxardığını söyləyən müəllif digər tərəfdən, münaqişənin davam etməsinin xalqların zehnində də bir-birinə qarşı düşmənçilik hisslərini yaşatmasına səbəb olduğunu qeyd edib.

Məqalənin sonunda Ə.Tarabek sözügedən münaqişənin sülh danışıqları yolu ilə ədalətli şəkildə həllini tapmasının tərəfdarı olduğunu bildirərək, bölgədə sülhün və əmin-amanlığın təmin olunması üçün beynəlxalq təşkilatların öz səylərini daha da artırmasının vacib olduğunu vurğulayıb.

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 9
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."