Ads by Google

hightechnic
Ads by Google

52140Türkiyəli müğənni Azər Bülbülün müəllifi olduğu, azərbaycanlı müğənni Nadir Qafarzadənin ifasında sevilən “Maral” mahnısı erməni ifaçılar tərəfindən oğurlanıb.

Yenicag.az musavat.com-a istinadən məlumat verir ki, erməni müğənnilər Tiqran Asatryan və Andy “Maral” mahnısını erməni dilində oxuyaraq, klip çəkdiriblər. “Tanem-tanem” adlanan bəstə artıq “Youtube” şəbəkəsində xeyli baxış sayı yığıb.

Ermənilərin ifası ilə bağlı danışan N. Qafarzadə bildirib ki, ermənilərin bu addımını birmənalı qarşıamayıb: “Açığı, bunu indi sizdən eşitdim, indi baxdım, bu bədxahların bizə qarşı etdiyi növbəti təxribatdır. Onlar Azərbaycanın “Sarı gəlin” kimi gözəl əsərini öz adlarına çıxmaq istəyirdi. Yəni ermənilərdən bu cür şeyləri gözləmək olardı. Hətta bu mahnının şərh hissəsinə də “Maral” yazıblar. Heç kimə sirr deyil ki, bu mahnı mənim ifamda sevildi və Azərbaycanda izləmə sayına görə rekord qırdı. Yəni ölkəmizdə heç bir müğənninin mahnısı “Youtube” kanalında “Maral” qədər dinlənilməyib. Bu bir ifaçı kimi məni sevindirir. Ermənilərin mənim oxuduğum mahnını oxumasını isə yaxşı qarşılaya bilməzdim”.

Qeyd edək ki, “Maral” mahnısının müəllifi Azər Bülbül onu illər öncə ifa edib. Onun ifasında səslənən “Maral” mahnısı 2011-ci ildən Youtube saytına yerləşdiirlib. N. Qafarzadə isə “Maral” mahnısını 2013-ci ildə ifa edib.

https://youtu.be/hcCBQaX1Cec

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 151
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."