Ads by Google

hightechnic
Ads by Google

tapqaraqoyunluuErmənistan silahlı qüvvələri atəşkəs rejimini pozmaqda davam edir.

Düşmən tərəfi atəşkəs razılaşmasını pozaraq dünən axşam saatlarından başlayaraq Goranboy rayonunun Tapqaraqoyunlu kəndini intensiv atəşə tutur.

Kəndin icra nümayəndəsi Abbas Allahverdiyev AzVision.az-a bildirib ki, ermənilərin açdığı atəş nəticəsində yaşayış evlərinə ziyan dəyib.

“Tapqaraqoyunlu dünən axşam saatlarından başlayaraq erməni silahlıları tərəfindən atəşə məruz qalıb. Evlərə ziyan dəyib, sakinlər arasında xəsarət alan yoxdur. Hazırda ərazidə Fövqəladə Hallar Komissiyası araşdırma aparır, kəndə dəyən ziyan hesablanır.

Düşmən bu dəqiqələrdə də minomyotlarla atəş açır. Sakinlər arasında panika, təşviş yaşanmır”.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 115
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."