!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənilər Şuşanın tarixi məscidində qazıntı işləri aparır

!Reklam – Yazi

Ermənilər Azərbaycanın işğal altında olan Şuşa şəhərinin Yuxarı Gövhər ağa məscidində qazıntı işləri aparır.

Dırnaqarası təmir işləri “Şərq tarixi irsinin dirçəlişi fondu”nun maliyyə vəsaiti hesabına aparılır.

“Tarixi mühitin qorunması xidməti” dövlət müəssisənin direktoru Marat Şahmaryan qeyd edib ki, işlər 20-25 gün davam edəcək: “Ekspedisiya işləri tarix elmləri namizədi Njde Yeranyanın rəhbərliyi altında aparılır. Xarici mütəxəssislərin köməyi lazım olmayıb. Abidəyə həm hərbi münaqişə nəticəsində, həm də hava şəraitindən zərər dəyib”.

Erməni KİV-lərinin yaydığı məlumatda Yuxarı Gövhər ağa məscidi fars məscidi kimi təqdim olunub.

Məlumat üçün bildirək ki, Gövhər ağa XIX əsrin 3-cü rübündə Şuşada məscid inşa etdirib. Bu indi “Aşağı Gövhər ağa məscidi” adlanır və xarabalığı hal-hazırda Şuşada durur. 1884/1885-cı illərdə isə o, Şuşada vaxtilə ata-babasının tikdirdiyi məscidi təmir və bərpa etdirdi, hansı ki, həmin məscid hal-hazırda da durur və Yuxarı Gövhərağa məscidi adı ilə tanınır.

1874-1875-ci illərdə inşa olunmuş məscid Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə “Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı”na daxil edilib.1992-ci ilin mayında Şuşanın işğalı zamanı Aşağı Gövhərağa məscidinin binası və minarələri zirehli texnikanın atəşlərinə məruz qalaraq ciddi zədələnib. Daxildə və xaricdə divar yazıları pozulub, interyerinə erməni və rus dillərində azərbaycanlılara qarşı təhqiramiz ifadələr yazılıb.

Yeniçağ.az

www.yenicag.az

686
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv