Ermənilərdən alınan şəhid meyitlərində işgəncə əlamətləri aşkarlanıb

Ermənilərdən alınan şəhid meyitlərində işgəncə əlamətləri aşkarlanıb

Müəllif: Redaktor

Baş Redaktor

600@0Azərbaycan Ordusunun son döyüşlərdə şəhid olmuş, ermənilərdən təhvil alınmış hərbçilərinin meyitlərinin üzərində işgəncə əlamətləri aşkarlanıb.

Yenicag.az-ın APA-ya istinadən məlumatına görə, Azərbaycanın ATƏT yanındakı Daimi Nümayəndəliyinin Daimi Şuranın 1096 saylı iclasındakı bəyanatında deyilir ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğu və məhkəmə-tibbi ekspertizası ermənilərdən alınmış hərbçi meyitlərinin üzərində qeyri-insani rəftarla bağlı çoxsaylı fakt aşkarlayıb.

Qeyd edilir ki, cəsədlərin gözləri çıxarılıb, küt alətlərlə zədələr yetirilib, qulaqlar kəsilib, kəllə sümükləri qırılıb, ağızlarında yarıqlar aşkar edilib.

“Bu fakt və törədilmiş cinayətlər barədə informasiyaya əsaslanaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə araşdırmalara başlanılıb”, – deyə bəyanatda vurğulanır.

Gündəm, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti