www.sinerjipro.net

SinerjiProWide
Reklam

hesenov eli 25 dek“Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə münasibətləri Azərbaycanı narahat etmir və bizə o qədər də adiyyəti yoxdur. Söhbət Ermənistanla Azərbaycan arasında müharibədən yox, Azərbaycnaın işğal altında olan ərazilərindəki erməni silahlı qüvvələrinə cavab tədbirlərindən gedir”.

Bunu “Sputnik”ə müsahibəsində Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

O, daha sonra bildirib: “Biz Azərbaycan olaraq Ermənistana hücum etməyə hazırlaşmırıq. Biz Ermənistanın milli təhlükəsizliyini təhdid etmirik, sadəcə olaraq onun işğal etdiyi torpaqlarımızın azad olunmasına çalışırıq.

Ermənilərin işğal altındakı ərazilərimizdəki qoşunları Azərbaycanın dinc sakinlər yaşayan ərazilərini təhdid etdi və biz onlara layiqli cavab verdik. Ona görə də KTMT Azərbaycanın işğal altında olan ərazilərindəki erməni qoşunlarını müdafiə etmək üçün heç bir hüquqi əsası yoxdur. KTMT müdafiə təşkilatıdır və üzv ölkələrindən heç birinin başqalarına qarşı işğalçı siyasətini təqdir etmir”.

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 42
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."