Yazı İçi 468×60

0Azərbaycanın hücumlarından qorxuya düşən İrəvan Ermənistandakı milli azlıq olan Yezidi Kürdləri ön plana çıxarmağa çalışır. Yenicag.az xəbər verir ki, ermənilərin Türkiyədəki “Agos” qəzeti bu barədə məlumat yayıb.

Qəzetin yazdığına görə, Ermənistandakı yezidilərin qurduğu “Sincar” Yezidi Milli Birliyi Dağlıq Qarabağın ermənilər tərəfindən işğal olunan ərazilərində baş verən döyüşlərə etiraz ediblər.

“Utanmasan oynamağa nə var ki” məsəlində deyildiyi kimi, Azərbaycanın öz torpaqlarında əməliyyat keçirməsinə etiraz edən yezidi kürdləri “beynəlxalq aləm”i köməyə çağırıb.

Ölkəmiz haqqında həddini aşan ifadələrə yer verilən bəyanatda “əks təqdirdə, yox edəcəyik” ifadəsi işlədilib.

Azərbaycanın öz torpaqlarında təhlükəsizlik tədbirlərini İŞİD-in İraq və Suriyada yezidilərə qarşı fəaliyyəti ilə eyniləşdirən ermənipərəstlər Qarabağın Ermənistana aid olduğunu bildiriblər. Bəyanatda Ermənistan sərhədlərinin erməni, yezidi, assuri, yunan, kürd, rus, polyak və ukraynalılardan ibarət qrupların qoruduğuna diqqət çəkilib.

Qeyd edək ki, qədim Azərbaycan torpağı olan hazırki Ermənistan ərazisindən azərbaycanlılarla bərabər 80 min kürd də qovulub. Hazırda Ermənistanda ermənilərdən başqa sadəcə bir neçə min yezidi kürd yaşayır. Yezidilərin rəhbəri isə Amo Şamoyandır.

Yezidilərin İŞİD və “Sincar”-a diqqət çəkməsində isə ötən il bu terror təşkilatının İraqda həyata keçirdiyi nadir insanlığa yararlı işlərdən biri olub. Xatırladaq ki, ötən ilin avqustun ayının 2-də İŞİD İraqın yezidi kürdlər yaşayan Şanqal əyalətini ələ keçirərək xeyli yezidini qırıb. İŞİD-in indiyədək azı 5 min yezidini cəhənnəmə göndərib. Xilas olmağa çalışan on minlərlə yezid Sincar dağlarına qaçıb, onların bir hissəsi yollarda aclıqdan və susuzluqdan ölüb. ABŞ və Böyük Britaniyanın hava qüvvələri onları aclıqdan xilas etmək üçün Sincar dağlarına yemək də su atıb.

Azərbaycandan da yezidlərin köməyinə tələsənlər olub. Xəbər verildiyi kimi, “Azərsun” holdinqinin prezidenti Abdolbari Gozal Britaniyanın “Olympic Automatic” şirkətinin icraçı direktoru Harri Normana zəng edərək bu şirkətin istehsalı olan və bir saatda 4 min adama isti yemək hazırlaya bilən avadanlıq sifariş verib və İraqdakı yezidilərə yardım edib.

Britaniya mediasının yazdığına görə, Harri Norman bildirib: “Abdolbari Gozal Sincar dağlarında mühasirədə qalan qaçqınların acınacaqlı vəziyyətindən o dərəcədə sarsılmışdı ki, avadanlığın bütün xərclərini üzərinə götürdü”.

Məsələ ilə bağlı birmənalı münasibət olmadığından “Azərsun” təkcə yezidilərə deyil, türkmənlərə də yardım etdiyini açıqlamışdı.

Yezidi kürdlərlə bağlı millət vəkili Fazil Mustafa isə qeyd etmişdi ki, yezidi kürdlər şeytana sitayiş edirlər: “Bizə yaxın olan kürdlər də var, PKK-ya dəstək verən də. Biz bunu fərqləndiririk. Amma yezidi kürdlər bizə yaxın deyil. Onlar erməni ilə müttəfiqdirlər. Onlar satanistdirlər, şeytana sitayiş edirlər. Yarı Zərdüşt, yarı müsəlman, yarı xristianlıq düzəldiblər”.

Elçin

Yenicag.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 36
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."