!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistan Beynəlxalq məhkəməyə verilir - Bu dəfə müttəfiqi Rusiya tərəfindən

!Reklam – Yazi

Rusiya Dövlət Duması deputatlarından, Rusiya İctimai Palatası üzvlərindən, ekspert və hüquqşünaslardan ibarət bir qrup şəxs Beynəlxalq Ədalət Məhkəməsinə müraciət hazırlamaq üçün işçi qrupunda bir araya gəlməyi qərara alıblar. Bu sözləri Rusiya mətbuatına açıqlamasında işçi qrupunun rəhbəri, politoloq Sergey Markov deyib.

Onun sözlərinə görə, burada məqsəd dünya ictimaiyyətini nasistləri və onlarla əməkdaşlıq edənləri qəhrəmanlaşdıran ölkələrə hüquqi qiymət verməyə çağırmaqdır. Markov əlavə olaraq onu da qeyd edib ki, Beynəlxalq Ədalət Məhkəməsində əleyhinə iddia qaldırılacaq ölkələrin biri də Ermənistan olacaq. Belə ki, işğalçı ölkədə faşistlərlə əməkdaşlıq edən erməni generalları Qaregin Njde və Drastaman Kanoyana abidə ucaldılıb. Bildiyimiz kimi, Rusiya II Dünya Müharibəsi dönəmində faşist Almaniyası tərəfindən hücuma məruz qaldığından bu ölkə hitlerçilərlə əməkdaşlıq edənləri qəhrəmanlaşdıran dövlətlərə münasibətdə kəskin siyasət yürüdülməsinin tərəfdarıdır. Bu fonda görürük ki, Rusiyanın strateji müttəfiqi sayılan Ermənistanda da Moskvanın əleyhinə olaraq, faşist cəlladları ilə əlbir olanlara dövlət səviyyəsində belə hörmətlə yanaşmağa başlayıblar. Lakin bu addımı atan digər ölkələrə kəskin münasibətilə seçilən Kreml nədənsə, hələ də Ermənistana sözügedən hərəkətinə görə, “gözün üstə, qaşın var” deməyib.

Yenicag.az-a məsələ ilə bağlı açıqlama verən politoloq Elşən Manafovun fikrincə, Rusiya Ermənistana strateji müttəfiq kimi yanaşdığından və İrəvan onun bütün göstərişlərini “canla-başla” yerinə yetirdiyindən, Kreml işğalçı ölkənin bütün şıltaq hərəkətlərinə dözməyə məhkumdur:

“Əslində, vaxtilə Azərbaycanın özündə də Sovetlər İttifaqı tərəfindən faşizmə qarşı mübarizə aparanlarla yanaşı, əksinə, onlarla əməkdaşlığa meyilli qüvvə və şəxslər də olub. Hər halda Ermənistanda alman faşistlərilə əməkdaşlığa gedən qüvvələr daha çox olub.

Təbii ki, rus politoloqu Markov tərəfindən Ermənistanda faşistlərlə əməkdaşlıq edən generallara abidə qoyulması kimi fikirlər hər halda Rusiya cəmiyyətində ən ağrılı yerlərdən biridir. Bütün hallarda Ermənistanın faşistlərlə əməkdaşlıq edənlərə abidə qoyması İrəvanın Moskva ilə əlaqələrinə yaxşı heç nə vəd etmir. Amma məsələ ondadır ki, Ermənistan Rusiyanın bölgə üzrə strateji müttəfiqidir. İrəvan Moskvanın patronajlığı altında olan Avrasiya İqtisadi İttifaqında, o cümlədən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında təmsil olunur. Hərçənd, Ermənistanın müstəqil dövlət kimi siyasəti ciddi sual altındadır. Amma forpost olaraq, Ermənistan Rusiyaya lazımdır. Bu mənada düşünürəm ki, ayrı-ayrı ictimai təşkilatların belə məsələləri qabartması bütövlükdə Rusiya Ermənistan münasibətlərinə ciddi anlamda təsir göstərməyəcək. Moskva bölgədəki başlıca dayağını itirmək niyyətində deyil. Ona görə də onun bütün şıltaqlıqlarına dözür. Rusiyanın indiki iqtidarı İrəvanla münasibətlərə məhz Moskvanın strateji maraqları kontekstində yanaşır.

Qarabağ münaqişəsi də Azərbaycanla münasibətlərdə balansın saxlanılması üçün Moskvada düşünülmüş bir siyasətdir. Yəni bu münaqişə bütün hallarda Azərbaycana təzyiq vasitələrindən biridir. Bu mənada da düşünürəm ki, ictimai təşkilatların II Dünya Müharibəsi illərində ermənilərin faşistlərlə əməkdaşlığı məsələsini qabartması Rusiya dövlətinin deyil, sadəcə, bu ölkə cəmiyyətinin və ayrı-ayrı ictimai təşkilatlarının Ermənistanla münasibətlərinə təsir edəcək. Rusiya prezidenti Putinin yanında da onu daha çox dəstəkləyən ölkənin məşhur şəxslərindən ibarət Xalq Cəbhəsi kimi qurum var. Burada da siyasi mənsubiyyətdən asılı olmayaraq, Rusiyanın müxtəlif ziyalıları təmsil olunub.

Bu kimi koalisiya, ictimai təşkilatların Ermənistanla münasibətlərində yarana biləcək mövqe əlbəttə ki, Moskva-İrəvan münasibətlərinə yaxşı heç nə vəd etmir. Amma unutmaq lazım deyil ki, Rusiya kütləvi informasiya vasitələrində, televiziyalarda, iqtidara yaxın dairələrdə ermənilər kifayət qədər çoxdur. Erməni diasporasının Rusiyada təsir imkanları hələ də güclüdür”.

ELÇİN

www.yenicag.az

2028
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv