Yazı İçi 468×60

imagesSOCAR tərəfindən Şimal-Cənub qaz kəmərinə idarəçi-şirkətinin səhmlərinin 25%-ni alma imkanı Ermənistanda təşvişə səbəb olub.

Yenicag.az bu barədə Oxu.Az-a istinadən xəbər verir.

Qeyd etmək lazımdır ki, Gürcüstan ərazisindən keçən bu qaz kəməri ilə Ermənistana Rusiya qazının tranziti təmin edilir.

Daha öncə erməni KİV-i gürcü deputatlarına istinadən Gürcüstan hökumətinin Azərbaycan tərəfi ilə qaz kəmərinin satışı məsələsinə dair əlaqə yaratdığı barədə məlumat yayılmışdı.

Bu fakt erməni deputatlarını təşvişə salıb, onlar “hökumətə sual-cavab” saatında baş nazir Karen Karapetyanı sual atəşinə tutublar.

Erməni KİV-nin məlumatına görə, deputat Şirak Torosyan qaz kəmərinin səhmlərini almaqla Azərbaycan Ermənistana nəql edilən qaza nəzarət edə bilər.

Baş nazir Karen Karapetyan ilk olaraq Azərbaycan və Gürcüstan arasında bu sazişin tez bir zamanda realizəsinə, daha sonra isə bu qaz kəmərinin 25% səhminə sahib olduqdan sonra Azərbaycanın Ermənistan üçün maneə törədə biləcəyinə əmin olmadığını bildirib.

“Əgər Gürcüstanın əmlakının 25%-ni satmasına dair qayğılandığımızı göstərsək, ən azı qeyri-korrekt davranmış olarıq”, – Ermənistanın baş naziri bildirib.

Eyni zamanda Karen Karapetyan bildirib ki, əgər Gürcüstan Azərbaycana qaz kəmərinin səhmlərinin əsas hissəsini satarsa, o zaman Ermənistan gürcü tərəfinə öz arqumentlərini təqdim edəcək və Gürcüstanı bu sazişə dair fikrindən döndərməyə çalışacaq.

Yenicag.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 16
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."