www.sinerjipro.net

SinerjiProWide
Reklam

İşğalçı Ermənistanda növbəti parlament seçkiləri də kütləvi saxtakarlıqla başa çatdı. Seçkilərin ilkin nəticələrinə görə, prezident Serj Sarkisyanın Respublika Partiyası qələbə çalıb. Ümumiyyətlə, gözlənilənlərin əksinə olaraq, budəfəki parlamentdə Sarkisyana kəskin müxalif mövqedə duranlar təmsil olunmayacaqlar. Onlar seçki limiti üzrə baryeri belə keçə bilməyiblər.

Ermənistanda baş verən bu seçkilər nəyi göstərdi? Mövcud vəziyyətdə hər seçkilərdə olduğu kimi yenə də Ermənistanda daxili qarşıdurma genişlənə bilərmi? Sarkisyanın qutudan yenidən qələbə ilə çıxması Qarabağ münaqişəsinin həllinə nə vəd edəcək?

Politoloq Qabil Hüseynli Yeniçağ.az-a açıqlamasında bildirdi ki, Ermənistanda baş tutan parlament seçkiləri tamamilə saxtalaşdırılıb:

“Bəlkə də bu Ermənistan tarixində ən çirkin və görünməmiş dərəcədə saxtalaşdırılan bir seçki olacaq. Çünki parlamentə ancaq Sarkisyanın istədiyi partiyalar düşdü. Onun Respublika Partiyası isə ən yüksək səs topladı. Əslində, bu halın baş verməsi qeyri-mümkün idi. Ona görə ki, Ermənistan əhalisi daha çox müxalifət partiyalarına meyilli idi. Onlar Sarkisyan rejimindən cana yığılmışdılar. Sarkisyan hələ 10 il bundan əvvəl hakimiyyətə gələndə xalq onun iqtidarını qəbul etmədi. Nəticədə, qanlı toqquşmalar baş verdi və o zaman 120-dən çox insan öldü. İndi də seçkilərin nəticələri rəsmi elan edildikdən sonra Ermənistan cəmiyyətində növbəti ciddi qarşıdurmaların baş verəcəyinin şahidi olacağıq. Bu qarşıdurmalar da uzun müddət davam edə, hətta qanlı toqquşmalarla da müşayiət oluna bilər. Ermənistanda əsl həngamə məhz seçkilərdən sonra başlayacaq. Rusiya çalışsa da, narazı erməni cəmiyyətini yerində oturtmaq çətin olacaq. Ümumiyyətlə, seçkiləri saxtalaşdırmaqla Sarkisyan özü üçün yeni bir cinayət səhifəsi açdı”.

Həmsöhbətimiz onu da vurğuladı ki, Sarkisyanın siyasi həyatda qalması təkcə Ermənistan üçün deyil, bütün bölgə üçün yeni-yeni fəlakətlər gətirəcək: “Ermənistan artıq bildiyiniz kimi parlamentar sistemə keçib. Bu sistemdə də parlamentdə ən çox səs toplayan partiyanın sədri baş nazir olacaq. Əsas səlahiyyətlər də baş nazirdə olacaq. Bu fonda Sarkisyanın prezidentlikdən baş nazirliyə keçməsi Qarabağ münaqişəsinin həllində elə bir dəyişiklik yaratmayacaq. Ermənilər əvvəlki tək danışıqlar masası arxasında oturmamağa çalışacaq. Danışıqlara getsələr də yenə də başlıca məqsədləri onu pozmaq olacaq. Belədə yerinə yetirilməsi mümkün olmayan tələblər irəli sürəcəklər. Nəticədə, bütün bunlar regionda hərbi-siyasi vəziyyətin gərginləşməsinə, yenidən toqquşma mühitinin yaranmasına gətirib çıxaracaq. Ümumiyyətlə, Sarkisyanın siyasi həyatda qalması Ermənistan və Cənubi Qafqaz üçün fəlakətdir”.

ELÇİN

Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 42
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."