www.sinerjipro.net

SinerjiProWide
Reklam

11911403_10206416465603210_651213895_nTürk ordusunun PKK Terror Təşkilatına, Azərbaycanın isə erməni terrorçularına qarşı davamlı hücumları hər ikisini ortaq hərəkət etməyə vadar edib. Belə ki, Ermənistan Qarabağdan çəkilərək, yerini “Qırmız Kürdüstan”a verməyi belə düşünür. Bunun üçün artıq Ağrı dağı üzərindən Ermənistana, oradan da Dağlıq Qarabağın işğal altında olan bölgələrinə köç başlayıb.

Bu barədə Yenicag.az türk mediasına istinadən xəbər yayıb. Xəbərdə deyilir ki, tezliklə bu ərazidə müstəqil kürd vilayətinin yaradılmasına, Azərbaycanla Ermənistan arasında bufer bölgə qurulmasına hazırlıq gedir.

Əslində bu təzə söhbət deyil. Hələ 1992-ci ildə Robert Köçəryan, Serj Sərkisyan və Arkadi Qukasyanın təşəbbüsü və dünyadakı erməni terror təşkilatlarının dəstəyi ilə Livan, İraq və Suriyadan Dağlıq Qarabağa gətirilən PKK könüllülərindən təşkil edilən bir batalyon Azərbaycana qarşı döyüşürdü.

Qarabağ müharibəsində ermənilərin tərəfində döyüşən PKK terrorçularının fəaliyyətindən razı qalan Ermənistan hökuməti yeni PKK dəstələrinin Dağlıq Qarabağa cəlb edilməsinə başladı. ABŞ-ın İraqı işğal etməsindən sonra isə bu iş daha da sürətləndi.

Amma bu da faktdır ki, hələ 1988-ci ildə Ermənistandan Azərbaycan türkləri ilə bərabər yüzlərlə kürd ailəsi də qovulub. Bununla yanaşı erməni işğalı nəticəsində Laçın sakini olan 4,5 min kürd də yurd-yuvasından didərgin düşüb, əmlakı dağıdılıb, onların arasından yüzlərlə qoca, uşaq və qadın güllələnərək qətlə yetirilib, əsir götürülüb.

Son zamanlar isə Türkiyə Silahlı Qüvvələrinin terrorçulara qarşı keçirdikləri əməliyyatlar nəticəsində çətin vəziyyətə düşən PKK-çılar çıxış yolunu bölgəni tərk etməkdə görür. Bu fikri türk analitiklər də təsdiq edir. Türk mediasının yazdığına görə, Türkiyənin terrorçulara sarsıdıcı zərbələr endirməsi PKK-nı Şimali İraqı tərk edərək, işğal altında olan Azərbaycan ərazilərinə köç etmək barədə planlar hazırlamağa məcbur edib.

Türkiyənin Şimali İraqda yuva salan terrorçulara qarşı hərbi əməliyyatları PKK-nı Dağlıq Qarabağda sığınacaq tapmaq üçün Ermənistan rəhbərliyi ilə danışıqlar aparmağa vadar edib.

Bəs PKK-çıların işğal altında olan ərazilərimizə köç etməsi Azərbaycan üçün hansı təhlükələr doğura bilər? Məsələ burasındadır ki, PKK-çıların Şimali İraqdan işğal altında olan əraziliərimizə köçürülməsi Azərbaycanı yeni terror təhlükələri ilə üz-üzə qoyacaq, Cənubi Qafqazı barıt anbarına çevirəcək. Bunun qarşısını isə yalnız Azərbacanla Türkiyənin birgə hərəkət etməsi ala bilər. Bu təhlükəyə qarşı indidən hazırlaşmaq lazımdır.

Türk mediasında qeyd olunur ki, “PKK-nın Dağlıq Qarabağda olan nəzarətsiz ərazilərə köçürülməsi ilə bağlı məlumat məntiqə və reallığa uyğundur. Onlar ərazidə yaşamaq üçün deyil, müəyyən təlimlər keçmək, öz sıralarına insanlar cəlb etmək məqsədilə müvəqqəti olaraq yerləşə bilər”.

Bəs PKK niyə ermənilərin işğal etdiyi Azərbaycan torpaqlarına keçmək istəyir?

Bunun bir neçə səbəbi var.

Birincisi, Ermənistan PKK-ya ən çox dəstək verən ölkələrdən biridir. Türkiyə kəşfiyyatı bir qədər öncə məlumat vermişdi ki, Ermənistandan PKK-ya gizli yollarla silah satılır. Həmin silahları Ermənistan Rusiyadan alır. Ermənistanın PKK-nı dəstəkləyən dövlət kimi adını isə Qərbdə çəkən yoxdur.

İkincisi, PKK erməni terrorçularına Dağlıq Qarağağı işğal edəndə aktiv surətdə yardımlar edib. Məqsəd sonradan Azərbaycan torpaqlarını bölməkdir. Hətta Göyçə gölü (ermənilər ona “Sevan” deyir-müəll.) ətrafında Öcalanla Koçaryan görüşmüşdülər. PKK ilə erməni terrorunun əlaqələri Dağlıq Qarabağda daha konkret ifadəsini tapdı.

Üçüncüsü, Dağlıq Qarabağda PKK-nın təlim düşərgələri var. Həmin düşərgələr neçə ildir ki, fəaliyyət göstərirlər. PKK-çılar orada uzun müddət qala bilərlər. Görünür, ermənilər yeni düşərgələr tikmək üçün PKK-ya vəd verib.

Dördüncüsü, PKK-nın içərisində çoxlu sayda rus, erməni, fransız, ingilis, bolqar və başqa xalqların nümayəndələrinin olduğu faktı təsdiqlənib. Onların Dağlıq Qarabağda erməni həmkarlarının yanına sığınması təbii bir prosesdir.

Beşincisi, PKK-nı yönləndirən güclər hesab edir ki, Türkiyə Ermənistana müdaxilə edə bilməz. Çünki Ermənistan həm Qərbin, həm də Rusiyanın himayəsi altındadır. Ermənistanda və onun işğal etdiyi Azərbaycan ərazisində PKK terrorçuları özlərini təhlükəsiz hiss edəcəklərinə inanırlar.
Yenicag.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 38
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."