!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ermənistan, Qırğızıstan və Qazaxıstan Qərbə doğru yönələcək” – Rusiyalı ekspert  

!Reklam – Yazi

Avropa İttifaqının (Aİ) postsovet ölkələrinə təsirinin artdığı bildirilir.

Bu barədə Yenicag.ru-ya açıqlamasında North&Eastern Europe Research Political Center Mərkəzinin sədri Aleksandr Sıtin deyib.

Aleksandr Sıtin

Politoloqun fikrincə, Rusiya hazırda birbaşa hərbi toqquşmaya getmədən Qərblə son həddə qədər qarşıdurma mövqeyində ola bilər:

“Hesab edirəm ki, Rusiya indi Qərblə açıq hərbi toqquşmaya getməsə də, müxtəlif miqyasda təhdid və şantaja, müəyyən diversiyalara əl ata bilər”.

Sıtinin sözlərinə görə, Rusiyada gələn il keçiriləcək prezident seçkiləri ABŞ-la münasibətlərə təsir etməyəcək:

“Putin hamının ondan razı olduğu üçün deyil, siyasi müstəvidə rəqibsizliyinə görə özünü çox arxayın hiss edir. Düşünürəm ki, o, 2018-ci ildə prezident seçkilərində qalib gəldikdən sonra səlahiyyət müddəti ərzində öz varisini müəyyənləşdirməyə çalışacaq. Ancaq o barədə indidən danışmaq tezdir. Çünki qarşıda Rusiya-Qərb qarşıdurmasının davamlı mərhələsi başlayacaq. Suriya və Liviyadakı mövqelərindən yararlanaraq, miqrantların Avropaya axınına nəzarət etdiyi halda, Rusiyanın məğlub olacağını bilə-bilə NATO ilə toqquşmaya getmək Moskvanın nəyinə lazımdır?”

Politoloq Avropa İttifaqının postsovet məkanına təsirinin artacağı ilə bağlı suala təsdiqedici cavab verib:

“Avropa İttifaqının postsovet məkanında mövqelərini gücləndirməsinin yolu müxtəlif regional və digər layihələrin icrasından keçir. Bunun üçün ilk növbədə Ukraynanın Avropaya siyasi, iqtisadi və hərbi inteqrasiyasına ciddi diqqət yetirilməlidir.

Mən bu yaxınlarda “Mejdumorya” adlı beynəlxalq konfransda iştirak etdim. Əgər bu regional layihə uğurla tamamlanarsa, o zaman Belarus və Moldova Avrasiyaya inteqrasiya ideyası ilə birdəfəlik vidalaşacaq. Rusiya ilə “inteqrasiya”nın nəticələrindən isə demək olar ki, hamı narazıdır.

Rusiya hakimiyyətindəki düşüncəli şəxslər başa düşürlər ki, Ermənistan, Qırğızıstan, Qazaxıstan, qismən Belarus da – mən hələ Gürcüstanı demirəm – Moskvaya münasibətdə mərkəzdənqaçma meyilləri güclənəcək”.

www.yenicag.az

2034
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv