!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistan səfiri Rusiya hökumətindən izahat tələb edib

!Reklam – Yazi

3
Ermənistanın Rusiyadakı səfiri Oleq Yesayan Ermənistan vətəndaşı, politoloq, Qloballaşma və Regional Əməkdaşlıq üzrə Analitik Mərkəzin rəhbəri Stepan Qriqoryanın Rusiyadan çıxarılması ilə bağlı insidenti izah etməyi tələb edib

“Report” xəbər verir ki, bu barədə “Svoboda” radiosunun Ermənistan xidmətinə müsahibəsində Ermənistanın hakim Respublika partiyası parlament fraksiyasının katibi Qaqik Melikyan bildirib.

“Düşünürəm ki, bu qadağa ilə bağlı rəsmi bəyanat verilməlidir, yalnız bundan sonra nə baş verdiyi haqqında qərar vermək olar”, – Q.Melikyan qeyd edib.

Xatırladaq ki, Qloballaşma və Regional Əməkdaşlıq üzrə Analitik Mərkəzin rəhbəri Stepan Qriqoryanın 2030-cu ilə qədər Rusiyaya girişinə qadağa qoyulub. Bununla əlaqədar, S.Qriqoryan Moskvanın “Şeremetyevo” hava limanına gəldiyi zaman saxlanılıb və Ermənistana deportasiya olunub. Politoloq onun siyasi motivlər əsasında saxlanıldığını bildirib.

Yenicag.az

www.yenicag.az

542
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv