!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ermənistan tarixi ədaləti pozub“- İlham Əliyev

!Reklam – Yazi

dssdfdsfs“Bu gün Azərbaycan beynəlxalq arenada etibarlı tərəfdaşdır, beynəlxalq təşkilatların aktiv üzvüdür”.

Bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Parisdə UNESCO baş konfransının 38-ci sessiyasının Liderlər Forumunda çıxışı zamanı deyib. Dövlət başçısının sözlərinə görə, Azərbaycanın ən böyük siyasi və diplomatik uğuru 2011-ci ildə ölkənin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi olub: “Bu beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın rolunun, bizim qlobal arenada müsbət fəaliyyətimizin qəbul olunması idi. Beynəlxalq ictimaiyyətin etibarlı tərəfdaşı kimi 2 illik sədrliyimiz dövründə 2 vacib məsələyə diqqət yetirmişik: beynəlxalq terrora qarşı mübarizə və mədəniyyətlərarası dialoq”.

“BMT Təhlükəsizlik Şurasının qətnamələrinin həyata keçirilməsinin mexanizmi hazırlanmalıdır”

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan müstəqilliyinin ilk illərində erməni işğalının qurbanı olub: “Azərbaycan torpaqlarının işğalı bu gün da davam edir. Azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin nəticəsi olaraq 1 milyondan çox sakin qaçqın və məcburi köçkünə çevrilib. 250 min azərbaycanlı Ermənistandan deportasiya olunub, 750 min azərbaycanlı öz ölkəsində məcburi köçkünə çevrilib. Biz humanitar fəlakətdən əziyyət çəkmişik. Buna görə də iqtisadi cəhətdən zəif, yoxsul idik. Bu gün Avropanın qarşılaşdığı miqrasiya böhranı ilə bağlı xəbərlərə baxanda biz anlayırıq ki, bu insanlar evlərini tərk etmək məcburiyyətində qalıblar. Eyni zamanda Avropada yaşayan insanların üzləşdiyi çətinlikləri də anlayırıq. Amma eyni zamanda 1991-ci, 1992-ci illəri xatırlayırıq. Həmin vaxt Azərbaycan 1 milyon insanı yerləşdirməli olmuşdu. Bu dünyada ən böyük qaçqın və məcburi köçkün axınlarından biri idi. Biz onların cəmiyyətə inteqrasiyası istiqamətində çalışmışıq”.

“Beynəlxalq ictimaiyyətin qəbul etdiyi qərar və qətnamələr rədd edilir və buna görə cəza verilmir. Ermənistan BMT TŞ-nin qətnamələrini rədd etməkdə davam edir və bunun bir nəticəsi yoxdur”

Prezident İlham Əliyev Ermənistanın təkcə beynəlxalq hüququn norma və prinsiplərini deyil, həm də tarixi ədaləti pozduğunu qeyd edib: “BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib. Bu qətnamələr Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Təəssüf ki, 20 il keçib, amma bu qətnamələr yerinə yetirilməyib. Burada biz beynəlxalq arenada qlobal təhlükəsizliyin çox vacib bir məsələsi ilə üzləşirik. Beynəlxalq ictimaiyyətin qəbul etdiyi qərar və qətnamələr rədd edilir və buna görə cəza verilmir. Ermənistan BMT TŞ-nin qətnamələrini rədd etməkdə davam edir və bunun bir nəticəsi yoxdur. Bu məsələlər ciddi nəzərə alınmalıdır. Biz ikili standartlarla üzləşməmək üçün BMT TŞ-nin qətnamələrinin həyata keçirilməsinin mexanizmini hazırlamalıyıq, çünki bəzən BMT TŞ-nin qətnamələri bir neçə gündə, saatda yerinə yetirilir. Amma bizim məsələmizdə 20 ildən çox vaxt keçib. Danışıqlar masasında irəliləyiş yoxdur. Çünki Ermənistan sülh istəmir. Onlar bizimlə sülh şəraitində yaşamaq istəmir. Onlar bacardıqları qədər işğal siyasətini davam etdirmək niyyətindədirlər. Təəssüf ki, indiyə kimi onlar buna müvəffəq olublar. Amma zaman bizim xeyirimizədir. Zaman beynəlxalq ədalətin, beynəlxalq hüququn xeyirinədir. Mən əminəm ki, Azərbaycanın bütün dünya tərəfindən tanınan ərazi bütövlüyünü bərpa edəcək. Azərbaycanın ərazi bütövlüyü dünyanın istənilən ölkəsinin ərazi bütövlüyü kimi qiymətlidir”.

“Azərbaycanın ərazi bütövlüyü dünyanın istənilən ölkəsinin ərazi bütövlüyü kimi qiymətlidir”

Dövlət başçısı Azərbaycan torpaqlarının işğalı nəticəsində tarixi, dini, mədəni abidələrin dağıdıldığını vurğulayıb: “Siz Ermənistan silahlı qüvvələri tərəfindən kütləvi şəkildə dağıdılmış beş yüzdən çox tarixi və memarlıq abidələrinin şəkilləri ilə internet vasitəsi ilə tanış ola bilərsiniz. Azərbaycan mədəniyyətinə aid nümunələrin saxlandığı 22 muzey dağıdılıb. Siz Bakının mərkəzində Azərbaycan hökuməti tərəfindən qorunan erməni kilsəsini də görə bilərsiniz. Bu multikulturalizmə, dini tolerantlığa yanaşmadakı fərqlilikdir.

Bu onu göstərir ki terrorun, dini milliyyəti yoxdur. Buna görə də islamı terrorizmlə bağlamaq qəbuledilməzdir. Biz öz torpaqlarımıza qayıdacağıq. Şəhərlərimizi bərpa edəcəyik, məktəb və xəstəxanalar tikəcəyik. Amma abidələrimizi bərpa edə bilməyəcəyik. Ermənilər bizim tarixi irsimizi dağıdıb, amma bizim iradəmizi qıra bilməyəcək. Öz evlərinə qayıtmaq istəyən qaçqın və məcburi köçkünlərin iradəsini qıra bilməyəcək”.

www.yenicag.az

445
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv