www.sinerjipro.net

SinerjiProWide
Reklam

Mətbuata açıqlama verən Gürcüstan politoloqu Kaxa Qoqolaşvilinin fikrincə, işğalçı siyasəti üzündən Ermənistana qarşı həyata keçirilən blokada siyasətinə Tiflis də qoşula bilər. Daha doğrusu, Azərbaycan və Türkiyə ilə Bakı-Tiflis-Qars (BTQ) dəmir yolunun işə salınması ilə genişlənən əməkdaşlıq fonunda Tiflisin buna getmək məcburiyyətində olduğu deyilir.

Görəsən, nəhayət, Gürcüstan da Ermənistana qarşı blokadaya qoşula bilərmi?

Politoloq Qabil Hüseynlinin fikrincə, Tiflis BTQ-nin işə düşməsilə qismən də olsa işğalçı Ermənistana qarşı blokadaya qoşulacaq:

“Gürcüstan qismən bu blokadaya qoşula bilər. Amma Rusiyadan Ermənistana gedən qazın qarşısını kəsə bilməyəcək. Həmçinin, Gürcüstan ərazisindən Ermənistana gedən şosse yolu, əsasən də xüsusi ticarət zonasına gedən ərazi fəaliyyətini davam etdirəcək. Bununla belə, Tiflis Ermənistana qarşı blokadaya qoşulmaq üçün Azərbaycan tərəfinə vəd verib.

Onun necə həyata keçiriləcəyi barədə konkret fikirlər söyləmək çətindir. Bütün hallarda Ermənistana gedən şosse yolu ilə dəmiryolu bağlansa, bunu əsl blokada hesab etmək olar. Ermənistana qarşı blokadaya qoşulmaq üçün elə məsələlər var ki, Gürcüstanın özündən asılı deyil. Məsələn, Ermənistana gedən qaz kəməri Gürcüstanın özü üçün mənfəətlidir. Çünki buna görə Gürcüstan Rusiyadan əlavə qaz alaraq, ehtiyacını ödəyir. Yəni Tiflis özü üçün xeyirli olan, büdcəsinə pul gətirən layihələrlə bağlı olaraq hələlik, blokada siyasətinə baş qoşmaq istəmir. Bununla belə Ermənistanla ticarət əlaqələrini, mal mübadiləsini dayandıra bilər. Tiflis-Gümrü dəmiryolu onsuz da dayandırılıb ki, bunun özü də blokadaya bənzər bir hadisədir. Tiflis həmçinin, Ermənistanın BTQ dəmiryolu xəttinə qoşulmaq niyyətinə “yox” deyib.

Çünki həmin məsələ təkcə Gürcüstanın kompitensiyasında deyil, burada söz sahibləri arasında Bakı ilə Ankara da var. Hər halda, Abxaziya dəmiryolunun bağlanması da Ermənistana yönəlik blokadanın az qala yarısını təşkil edir”.

ELÇİN

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 985
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."