!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan və Ermənistan xalqlarına müraciət edildi

!Reklam – Yazi

bf0ae348-ec26-4761-ac33-6c63db9f9bdc_292“Ermənistan və Azərbaycan arasında sülh platforması”nın iştirakçıları dekabrın 29-da sərhəddə baş verən insident nəticəsində Azərbaycan və Ermənistan tərəfdən həyatını itirənlərin ailələrinə başsağlığı bildiriblər.

Yeniçağ.Az “Report”-a istinadən xəbər verir ki, bu barədə platforma iştirakçılarının Azərbaycan və Ermənistan xalqlarına ünvanlanmış müraciətində deyilir.

“Təəssüf ki, mənasız müharibə hələ də qapımızı döyür və 29 dekabr 2016-cı il tarixində sərhəddə baş verən növbəti toqquşmada olduğu kimi, gənc insanların həyatına son qoyulması ilə nəticələnir. Bu olayla əlaqədar, səmimi qəlbdən Azərbaycan və Ermənistan tərəfdə həyatını itirənlərin ailələrinə başsağlığı veririk. Xalqımızın gələcək taleyi bütünlüklə və tamamilə bizim çiyinlərimizə düşür. Ölkələrimizin vətəndaşları irəliyə doğru hərəkət gözləyir, inkişaf və tərəqqi yolu getmək istəyirlər. Nəsillərimizin parlaq və dinc gələcəyi üçün hamımız məsuliyyət daşıyırıq”, – müraciətdə bildirilib.

Qeyd olunub ki, başa çatmaqda olan 2016-cı il ölkələrimizin vətəndaşlarının “Ermənistan və Azərbaycan arasında sülh platforması”nın yaradılması ilə əlamətdar olub: “Münaqişə dövründə ilk dəfə Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətinin fəalları ümumi razılıq və qarşılıqlı anlaşma ruhunda dialoq vasitəsilə Qarabağ münaqişəsinin davamlı həllini tapmaq üçün sülhməramlı təşəbbüslə çıxış ediblər”.

Bu təşəbbüsün bir çox siyasi və ictimai xadimlərdən geniş ictimai dəstək aldığı vurğulanıb.

Sənədi Azərbaycan tərəfdən Dağlıq Qarabağın Azərbaycan icmasının İdarə Heyətinin üzvü Rövşən Rzayev, Bakı Dövlət Universitetinin professoru Kamil Səlimov, “İctimaiyyətlə əlaqələrin inkişafına dəstək” İctimai Birliyinin sədri Şəlalə Həsənova, “Dilarə Əliyeva adına Azərbaycan qadınlarının hüquqlarının müdafiəsi Cəmiyyəti” İctimai Birliyinin sədri Novella Cəfərova, vətəndaş fəalı Pərvanə Məmmədova, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Rasim Ağayev; Ermənistan tərəfdən isə hüquq müdafiəçisi, yazıçı Vahe Avetyan, “Ermənistan Milli Qurtuluş Hərəkatı” İctimai

Birliyinin lideri Vaan Martirosyan, “Meridian” İctimai Birliyinin sədr müavini Suzan Caqinyan, Ermənistan Yazıçılar Birliyinin üzvü Vaaqn Karapetyan, vətəndaş fəalı Anait Sinanyan, vətəndaş fəalı Armen Karapetyan imzalayıblar.

Yeniçağ.Az

www.yenicag.az

643
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv