!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistana "İqla" kompleksi aparan şəxs həbs edildi

!Reklam – Yazi

Gürcüstandan Ermənistana qanunsuz yolla “İqla” zenit-raket kompleksinin keçirilməsi cəhdi ilə bağlı daha bir nəfər saxlanılıb.

Gürcüstan Daxili İşlər Nazirliyinin Kriminal Polis Mərkəzi Departamentinin mütəşəkkil cinayətkarlığa qarşı mübarizə baş İdarəsinin əməkdaşları Tbilisidə keçirilən əməliyyat zamanı Ermənistan Polisinin cinayət-axtarış baş İdarəsi tərəfindən axtarışa verilən Ermənistan vətəndaşı Robert A.-nı saxlayıb.

Qeyd edək ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti “İqla” zenit-raket kompleksinin qaçaqmal yolu ilə Ermənistan gətirilməsi ilə əlaqədar cinayət işi başlayıb. Məlumata əsasən Dağlıq Qarabağdakı erməni ordusunun keçmiş komandanı Samvel Babayan da daxil olmaqla 3 nəfər saxlanılıb. Samvel Babayan barəsində 2 aylıq həbs qərarı çıxarılıb.

Yeniçağ.az

www.yenicag.az

605
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv