www.sinerjipro.net

SinerjiProWide
Reklam

img1878269Onların Almaniyada Gülən qrupuna məxsus otelə sığındığı deyilir; Ərdoğan rəsmi Berlini xəbərdar elədi: “Özü təhvil verməsəniz…”

Ötən həftə Gürcüstana, daha sonra Ermənistana qaçaraq iz itirməyə çalışdıqları deyilən türkiyəli sabiq prokurorlar – Zəkəriyyə Öz və Cəlal Karanın yeri aşkarlanıb. Barələrində məhkəmənin həbs qərarı verməsindən sonra ölkəni tərk edən eks-prokurorların Almaniyada olduqları məlum olub.

Zəkəriyyə Öz və Cəlal Karanın Almaniyanın Frankfurt şəhərinin 25 kilometrliyindəki Hanay qraflığında yerləşən və Fətullah Gülən qrupuna məxsus oteldə olduqları müəyyən olunub (anspress). Qeyd edək ki, Türkiyə Ədliyyə Nazirliyi axtarışda olan sabiq prokurorların ekstradisiyası üçün Almaniyada olan həmkarları ilə danışıqlara başlayacaq.

Türkiyədə İstanbulun 3 keçmiş prokuroru barəsində dövlət çevrilişinə cəhd ittihamı ilə həbs-qətimkan tədbiri seçilib. İddiaya görə, Gülən hərəkatının üzvü olmaqda şübhəli bilinən dövlət ittihamçıları Zəkəriyyə Öz, Cəlal Kara və Mehmet Yüzgeç demokratik yolla seçilmiş hökuməti devirmək məqsədilə 2013-cü ildə korrupsiya qalmaqalına səbəb olmuş, hakim AKP partiyasının rəsmilərinə yönəlik 17 dekabr və 25 dekabr əməliyyatlarını təşkil edib. Dövlət çevrilişinə cəhd maddəsiylə ittiham olunan prokuror Öz mayın 12-də tutduğu vəzifədən kənarlaşdırılıb.

8f1b31be3fc1

Zəkəriya Öz

Sabiq prokurorların yeri dəqiqləşəndən sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğann Almaniyaya xəbərdarlıq edib. Ərdoğan Zəkəriyyə Özü təhvil verilməzsə, gələcəkdə onun ölkəsi də Almaniyaya heç bir cinayətkarı verməyəcəyini bəyan edib. Musavat.com-un məlumatına görə, bu barədə “Today’s Zaman http://www.todayszaman.com/diplomacy_erdogan-tells-germany-no-extradition-of-criminals-if-it-doesnt-give-up-turkish-prosecutor_396543.html” nəşri yazıb.

Maraqlıdır ki, Türkiyə prezidenti belə bir hədəni İnterpolun həbs üçün “qırmızı order” verməsini gözləmədən dilə gətirib. Onun sözlərinFə görə, “qırmızı order” tezliklə həm Zəkəriyyə Öz, həm də Almaniyada olduğu deyilən digər prokuror Cəlal Kara üçün veriləcək.
“O zaman baxacağıq görək, Almaniya nə edəcək. Əgər Özü təhvil verməsə, Ərdoğanın imzası ilə hansısa cinayətkarın ona veriləcəyini heç vaxt görməyəcək. Türkiyə primitiv ölkə deyil”, – deyə o xəbərdarlıq edib.

8d0bb3c4fc98

Cəlal Kara

Hələlik rəsmi Berlindən bu xəbərdarlıq və hədəyə reaksiya gəlməyib.

Xatırladaq ki, 2013-cü ilin dekabrın 17-də Baş Prokurorluğun göstərişi ilə Türkiyə polis idarəsinin Maliyyə cinayətlərinə qarşı şöbəsinin keçirdiyi əməliyyat nəticəsində korrupsiya ittihamı ilə 47 nəfər o cümlədən, Türkiyənin Ətraf Mühit və Şəhərsalma Nazirliyi, Mənzil Tikinti Nazirliyindən olan bir neçə rəsmi, türk nazirlərin bir neçə övladı saxlanılmış, həmçinin daxili işlər naziri Müəmmər Gülər və iqtisadiyyat naziri Zəfər Çağlayan istintaqa cəlb olunmuşdu.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 16
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."