HighTechnic

hightechnic
Ads by Google

irevan etiraz yurusu (1)Ermənistanın paytaxtı İrəvanda növbəti etiraz aksiyası keçirilir.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, etirazçı kütlə Azadlıq meydanında toplaşıb, hakimiyyət əleyhinə şüarlar səsləndirirlər.

Aksiya iştrakçıları polis idarəsini ələ keçirən silahlı qiyamçılara dəstək nümayiş etdirirlər. Etirazçılar polis alayının binasınadək yürüş keçirməyi qərara alıblar.

Xatırladaq ki, iyulun 17-dən bir qrup silahlı şəxs İrəvan polisinin post patrul xidməti alayının binasını ələ keçirib. Hadisə zamanı alay komandirinin müavini polis polkovniki Artur Vanoyan öldürülüb.

Bu gün sİlahlılarla polislər arasında baş verən atışmada 3 qiyamçı yaralanıb. Artıq bir neçə gündür ki, paytaxt İrəvanda silsilə etirazlar keçirilir.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 135
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."