www.sinerjipro.net

SinerjiProWide
Reklam

1405692345_imeni-1Elşən Mustafayev: “Rusiyanın konkret razılığı olmadan Ermənistanda kimsə hakimiyyət dəyişikliyi edə bilməz”

Xəbər verildiyi kimi, iyulun 17-də isə bildiyiniz kimi, İrəvanda özlərinə “Azadlıq Döyüşçüləri Birliyi” adını vermiş bir qrup silahlı şəxs Yerebuni polis idarəsinə hücum edərək oranı tutmuşdu. Silahlı şəxslər mövcud hakimiyyətin istefasını, “Yeni Ermənistan” İctimai Xilas Fondunun lideri Jirayr Sefilyanın azad edilməsini tələb edirdilər. Ardınca işğalçı ölkənin “Təsis parlamenti” təşkilatının sədr müavini Varujan Avetisyan “silahlı üsyanın başlanması”nı elan edib. Onlar da Serj Sarkisyanın istefasını tələb edirlər. Bu fonda artıq belə görünür Ermənistanda seçkilər ərəfəsi Sarkisyanın mövqeyinə ciddi zərbələr endiriləcəyi gözlənilir.

Görəsən Ermənistanda cərəyan edən hadisələrin indiki gedişi nədən qaynaqlanır və bu proses işğalçı ölkədə hakimiyyət çevrilişilə nəticələnə bilərmi?

Politoloq Elşən Mustafayev Yenicag.az-a açıqlamasında bildirdi ki, Ermənistan Rusiyanın forpostu olduğundan burada bütün digər məsələlər kimi hakimiyyət dəyişikliyinin baş verib-verməyəcəyi də məhz Moskvanın tutduğu mövqedən asılı olacaq: “Sözsüz ki, Ermənistan cəmiyyətində Sarkisyan hakimiyyətindən, onun  yürütdüyü siyasətdən ciddi narazılıqlar əvvəldən də var idi. Ümumiyyətlə, Köçəryandan üzü bəri hakimiyyətdə olan “Qarabağ klanı” Ermənistan əhalisinin təhdid olunması siyasətini yürüdüb ki, bu da onlardan narazılığı daha da artırıb. Belədə düşünürəm ki, baş vermiş olaydan istifadə edərək bəziləri Sarkisyan hakimiyyətinə qarşı sözsüz ki, hər hansı bir addım atmağa çalışacaq. Ermənistan onsuz da indi barıt çəlləyini xatırladır. Ermənistanda qarşıdan seçki gəlir.  Bir çoxları da çalışır ki, seçkiyə qədər bu məsələləri həll etsin. Amma o da var ki, Ermənistanda Rusiya faktoru ciddi rol oynamaqda davam edir. Rusiyanın konkret razılığı olmadan Ermənistanda kimsə hakimiyyət dəyişikliyi edə bilməz. Moskva istəmir ki, öz forpostu olan Ermənistan qeyri-sabit bir əraziyə çevrilsin. Çünki onun Ermənistanda ciddi iqtisdadi və hərbi maraqları vardır. Eyni zamanda, hesab edirəm ki, cəmiyyətdə Sarkisyandan ciddi narazılıq fonu yaratmaqla Rusiyanın da onu dəstəkləməkdən imtina etməsinə nail olmaq istəyirlər. Yəni baş verən hadisələr tədricən Moskvanın özündə də Sarkisyan hakimiyyətinə etimadsızlığın yaranmasına gətirib çıxara bilər. Düşünürəm ki, baş verənlərin hamısı ona hesablanıb. Sarkisyan əleyhinə olan qüvvələr ciddi müqavimət təşkil edə bilsələr, fikrimcə, Kreml də Sarkisyanla bağlı fikirlərinə yenidən baxa bilər. Hər halda aydın məsələdir ki, Ermənistanda Rusiyanın ehtiyat variantı olaraq dəstək verdiyi digər siyasətçilər də mövcddur. Yekun olaraq demək istərdim ki, İrəvandakı silahlı basqın olayı hətta məişət xarakteri daşısa, kiminsə həbsdən azad olunması üçün keçirilsə də belə, Ermənistanda iqtidarla bağlı son sözü Moskva deyəcək. Hər ehtimala qarşı məsələ tam ciddiləşsə, Kreml Sarkisyandan imtina da edə bilər”.

ELÇİN

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 43
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."