Ermənistanda nazirlik ləğv olunub

Müəllif: Redaktor

Editor

David_of_Sasun_YerevanErmənistanda bütöv bir nazirlik ləğv edilib.

“Report” “News.am” portalına istinadən xəbər verir ki, Ermənistanın Şəhərsalma Nazirliyi Şəhərsalma üzrə Dövlət Komitəsinə çevrilib.

Bu barədə qərar hökumətin oktyabrın 13-də keçirilən iclasında qəbul edilib.
Dəyişikliklər Ermənistanın yeni baş naziri Karen Karapetyan tərəfindən hökumətdə başladılan islahatlar çərçivəsində həyata keçirilir.

Vəzifədən alınan şəhərsalma naziri Narek Sarkisyan bildirib ki, nazirliyin ləğvi ilə komitədə ştat yerlərinin sayı xeyli az olacaq.


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır