!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistanda rusiyalı hərbçi qətlə yetirilib - YENİLƏNİB

!Reklam – Yazi

Ermənistanda rusiyalı hərbçinin qətlində şübhəli bilinən 20 yaşlı şəxs bir müddət əvvəl qismən anlaqlı və hərbi xidmətə yararsız hesab edilib.

Yeniçağ.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsindən bildirilib.

“İlkin istintaq tədbirləri zamanı şübhəli şəxsdə müəyyən psixi problemlərin olduğu müəyyən edilib. Belə ki o, 2016-cı ilin noyabrında orduda xidmətdə olarkən bir neçə dəfə özünə xəsarət yetirib və müayinə olunması üçün Ermənistan Müdafiə Nazirliyinin İrəvan qarnizon hospitalının psixiatrik şöbəsinə yerləşdirilib. Məhkəmə-psixiatrik ekspertiza təyin edilmişdi”, – deyə qurumdan bildirilib.

Martın əvvəlində ekspertiza həmin şəxsdə müəyyən psixi problemlərin olduğunu müəyyən edib. Bundan sonra o qismən anlaqlı hesab edilib və müdafiə nazirinin əmri ilə ordu sıralarından tərxis olunub.

***

Rusiyanın Ermənistanın Gümrü şəhərində yerləşən 102-ci hərbi bazasının əsgərinin qətli ilə bağlı cinayət işi başlanıb.

APA-nın “NEWS.am”-a istinadən verdiyi xəbərə görə, qətlə yetirilən hərbçinin müqavilə əsasında xidmət çəkən 21 yaşlı Dmitri Yalpayev olduğu müəyyən edilib.

Hadisənin səbəbləri və təfərrüatları müəyyənləşdirilir.

***
Ermənistanın Gümrü şəhərində Rusiyanın 102-ci hərbi bazasının əsgərinin meyiti aşkarlanıb.

APA-nın “NEWS.am”-a istinadən verdiyi xəbərə görə, meyit şəhərdə yerləşən hərbi bazanın yaxınlığındakı mağazanın qarşısında aşkarlanıb.

Məlumata görə, meyitin üzərində kəsilmiş-deşilmiş xəsarətlərin olduğu müəyyənləşdirilib.

Hadisənin səbəbləri və təfərrüatları müəyyənləşdirilir.

Yeniçağ.Az

www.yenicag.az

618
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv