!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ermənistanın arxasında böyük dövlətlər durur, bizim kimimiz var?” – Politoloqlar danışır

!Reklam – Yazi

15493879_839945779482060_1781936544_n“20 il ərzində Azərbaycanın xeyrinə hansısa məqam olsaydı, Ermənistana qarşı sanksiyalar tətbiq olunardı”.

Bu sözləri Yenicag.Az-a millət vəkili Fazil Mustafa deyib.

“İşğalçı olmasına rəğmən heç bir qurumda Ermənistan təmsilçisinə əngəl yoxdur. Belə bir vəziyyətdə danışıqların Azərbaycanın xeyrinə nəsə verə biləcəyini gözləmək olmaz. Ona görə də biz hərbi gücümüzü o həddə qədər artırmalıyıq ki, danışıqlar masası arxasında beynəlxalq müstəvidə Azərbaycanın maraqlarına təminat verilsin. İndiki şərtlərdə isə bu, səmimi yanaşma deyil:

“Qarabağ münaqişəsində bu qədər adamın həlak olması əslində, bu qurumların günahlarıdır. Əgər bunlar vaxtında doğru və obyektiv reaksiya versəydilər bu problemlər də yaşanmazdı. Əlbəttə ki, ABŞ təmsilçisinin bu mövqeyi qeyri-səmimi və bilavasitə işğalçı dövləti dəstəkləyən mövqedir”.

Politoloq Zərdüşt Əlizadə isə bildirdi ki, Azərbaycanın hazırkı vəziyyəti heç də yaxşı deyil:

“Manat 2 dəfə dəyərdən düşüb, sənayei ölüb, yalnız neft və qaz satırıq, cəmiyyət dövlətə inanmır. Çünki əhali əmindir ki, məmurların əksəriyyəti rüşvətxor və xalqa biganə qalanlardır. Belə olan şəraitdə Azərbaycanın xeyrinə qərar qəbul etmək mümkündürmü?…

Ermənistan bizdən daha pis gündədir. Amma Ermənistanın xarici amilləri güclüdür. Bunlar ABŞ-dır, Rusiyadır, Fransadır; hər üçü də Minsk qrupunun həmsədridir. Bizim kimimiz, nəyimiz var? Heç kimimiz… Ona görə də bu mövzuda Azərbaycanın xeyrinə heç nə demək olmaz. Çünki Azərbaycanın xeyrinə nəsə danışanda cəmiyyəti, ziyalıları, siyasi partiyaları, məmurları, xüsusən də iqtisadi vəziyyəti təsəvvürünüzə gətirin, bundan sonra danışın”.

Qeyd edək ki, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik verdiyi açıqlamasında bildirib ki, apreldə Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttindəki hərbi fəaliyyət böyük sayda tələfata səbəb oldu və nümayiş etdirdi ki, münaqişənin hərbi yolla həlli yoxdur. Artıq danışıqlar masasında təkliflər var. Bu təkliflər də münaqişənin həllinə gətirib çıxara bilər.

Gülnarə Eynullaqızı
Yenicag.Az

www.yenicag.az

497
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv