!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Erotik filmə çəkilən əməkdar artist: "Buna görə məni..." - Foto,Video

!Reklam – Yazi

Deyəsən, şeytanın qıçını sındırıb, nəhayət onu da “The game” adlı kommersiya filmində gördük. Biz də filmin təqdimat mərasimində fürsəti fövtə verməyib, onu söhbətə çəkdik.

Əməkdar artist, tanınmış rejissor Elşən Rüstəmovu deyirəm, onun Yenicag.az-a müsahibəsini təqdim edirik.

– Nəhayət, sizi də kommersiya filmində gördük…

– Ssenarini oxudum, çox xoşuma gəldi. Olduqca dinamik və hərəkətli bir filmdir. Gənclərlə bərabər filmdə çox peşəkar aktyorlar da çəkilib. Dəvət etdilər, razılaşdım.

– Deyilənə görə, kaprizli aktyorsunuz…

– Yersiz kaprizlərim yoxdur, sadəcə olaraq, çalışıram iş prosesində mənə nəsə mane olmasın.

– Daha çox nə mane olur ki?

– Mən punktual insanam. İstəyirəm, çəkiliş zamanı hər şey saat dəqiqliyi ilə olsun. Tutaq ki, saat 10-da deyirlərsə, heç olmasa, çəkiliş 10:30- da başlansın. Ərafımda da işini dəqiq bilən insanların olması məni sevindirir, olmayanda isə məyus edir.

– Dəvət aldığınız filmlərdə sizin üçün önəmli olan ssenaridir, yoxsa rejissor işi?

– Əsas ssenaridir. Əgər material varsa, sonrasını düşünmək olar. Sonra isə yaxşı maliyyə, istedadlı rejissor və digər məsələlər gəlir.

– Hərdən biz niyə Hollivud aktyorları kimi lüks həyat yaşamırıq, deyə təəssüflənirsiniz?

– Bu, bizim günahımız deyil. Yavaş-yavaş bizdə də inkişaf gedir. Pis-yaxşı, filmlər çəkilir, hər halda, canlanma var.

– Qonorarla bağlı şərtləriniz olurmu?

– Olur, amma bizdə sizin dediyiniz səviyyədə yaşamaq üçün Hollivuddakı imkanlar yoxdur.

– Sizcə, tamaşaçılar sizi aktyor olaraq hansı keyfiyyətlərinizə görə sevir?

– Tamaşaçı bunu daha dəqiq bilər. Məsələn, siz tamaşaçı kimi bunu sadalasanız mənə maraqlı olardı.

– Məncə, təbii oyun və fakturanıza görə.

– Təşəkkür edirəm, bu, mənim üçün maraqlı oldu.

– Sizcə, faktura çoxmu önəmlidir?

– Aktyor gözləri, mimikası ilə tamaşaçıya enerji ötürməlidir. Bu enerjini ötürə bilirəmsə, demək ki, işimi bacarıram.

– Həmkarınız Rasim Cəfər müsahibəsində deyib ki, həyatda utancaq olsam da, kamera qarşısında komplekslərim yoxdur, erotik filmlərə də çəkilərəm. Bəs siz?

– Sözün düzü, erotik dediyiniz filmə gənc vaxtlarımda çəkilmişəm.

– Elə indi də cavansınız…

– 46 yaşım var.

– Düşünürsünüz ki, bu yaşda erotik filmlərə çəkilmək olmaz?

– Əgər filmin bədii həlli bunu tələb edirsə, çəkilərəm, amma boş, mənasız görüntü xatirinə bunu etmərəm. Hətta o filmə görə də məni çox adam qınadı.

– Bəs öpüş səhnələri necə?

– Teatrda o cür səhnələr olmayıb. Filmdə isə hər aktyor və aktrisa buna razılaşmır.

– Bu cür səhnələr şəxsi həyatınızda sizə problem yaratmır ki?

– Elə bir problemlə qarşılaşmamışam. Çünki obrazlarımda açıq-saçıqlıq qabarıq formada olmayıb.

– Kompleksiniz varmı?

– Diqqət mərkəzində olmağı xoşlamıram. Ortada yox, kənarda, yuxarı başda deyil aşağı tərəfdə oturmağı xoşlayıram.

– Sosial şəbəkədə varsınız?

– Bəli.

– Heç iradlar olur?

– Arada yazırlar.

– Məsələn, iradlar nəylə bağlı olur?

– Bir dəfə oynadığım obrazla bağlı iradlar olmuşdu. Akademik Milli Dram Teatrında Nicat Kazımovun quruluş verdiyi “Kabuslar” adlı tamaşada dediyiniz həmin o erotik anlamda bir rəqsim vardı. Əslində, burda elə bir erotik məqam da yox idi, sadəcə olaraq, tamaşaçılar üçün bu erotika sayıla bilərdi. Bir nəfər həmin tamaşadakı rəqsimi sosial şəbəkədə paylaşmışdı. Tamaşaçılar irad bildirmişdi ki, bu nə rəqsdir belə, milli mentalitetimizə uyğun deyil, heç səni bu obraza yaraşdırmadıq.

– İradları qəbul edirsizmi?

– Olsun. İnsanların fikridir, hörmətlə yanaşıram.

– Özünüzdə bəyənmədiyiniz xüsusiyyət hansıdır?

– Tez inanmağım, xasiyyətcə sərt olmamağım.

– Xanım heyranlarınızdan da yəqin mesajlar alırsınız?

– Yazırlar. Amma mənim onları oxumağa elə də vaxtım olmur.

Cəvahir

www.yenicag.az

7641
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv