!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərşad Saleh, böyük Türkman layihəsini elan etdi  

!Reklam – Yazi

Türkman cəbhəsinin lideri Ərşad Saleh, İraq Türkman layihəsini elan edib.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, elanın oxunduğu iclasa İraq höküməti və məclisin ali nümayəndələri, BMT-nin İraq üzrə xüsusi nümayəndəsi Jan Kubis də qatılıb. İştirakçıların çıxışından sonra Türkmənəli lideri və İraq Türkman Cəbhəsinin başçısı Ərşad Saleh layihənin detalları haqqında məlumat verib. Ərşad Saleh nitqinə türkcə başlayıb:

“Türkmənəlidən gələn bütün xalqımızı salamlayıram, könül istərdi ki, türk dilində danışım, ancaq protokola əsasən bu mümkün deyil. Həm də iclasımızda iştirak edən xarici qurumların nümayəndələri üçün tərcüməçimiz yoxdur.”

Daha sonra Saleh, Türkman layihəsinin maddələrini açıqlayıb:

1. İraq Türkmənəli bölgəsi Təlafərdən başlayıb Məndəlidə bitən türkman xəritəsidir. Bu xəritənin üzərində böyük oyunlar getmişdir. Bu bölgənin kürd bölgəsinə ilhaq edilməməsi və kürd bölgəsinə gələcəkdə də qatılmamasına, Kərkükün xüsusi status almasına komissiyamız tərəfindən qərar verilmişdir.

2.Təlafərin üzərində oynanılan böyük oyunları təxirə salmaq üçün Təlafər qaçqınlarının tez bir zamanda öz torpaqlarına qayıtmasına şərait yaradılacaq və separatist terror təşkilatı PKK\PYD-nin hədəfi olan Təlafərin başqa dövlətlərinin ərazisi (Suriya) olmaması üçün onun rayon elan edilməsini tələb edirik.

3. Tuzhurmatu uğrunda gedən oyunların nəticəsində digər terror təşkilatlarının da burada mövcud olmasının qarşısını almaq üçün Tuzhurmatunun da rayon olmasına qərar verilmişdir.

4. Şimali İraq regional kürd hakimiyyətində altında yaşayan türkmanların vəziyyəti isə bir araya toplaşan türkman liderlər tərəfindən müzakirə edilib. Şimali İraq hakimiyyəti altında yaşayan (Kifri, Halekin, Ərbil) türkmanlara sosial-mədəni sahədə ciddi mənada dəstək verilməlidir.

5. Bundan başqa Türkman bölgələrində olan şəhid ailələrinin və qazilərin mərkəzi hökümətdən konstitusion haqq və hüquqlar alması;

6. Səddamın dövründə ərazilərini itirən türkmanlara torpaqlarının geri qaytarılması;

7. Türkman hərbi gücünün təcili surətdə qanuniləşdirilməsi, Türkmənəli bölgəsinin artıq onlar tərəfindən qorunması tələb edilir.

8.Türkmanların haqqı olan neft və qaz gəlirləri bərabər bölünməli və türkman kəndləri tez bir zamanda bərpa edilməlidir.

Yeniçağ.Az

www.yenicag.az

1209
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv