h272015-ci ilin avqust ayında əvvəlki ayla müqayisədə ərzaq məhsullarının qiymətləri 0,3 faiz, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri 0,1 faiz ucuzlaşmış, qeyri-ərzaq mallarının qiymətləri isə 0,1 faiz bahalaşıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tarifləri 0,1 faiz ucuzlaşıb.

Ay ərzində qarabaşaq yarmasının, sümüklü mal və qoyun ətinin, kərə yağının, şəkərin, bananın, almanın, armudun, üzümün, qarpızın, yemişin, xiyarın, şirin bibərin, badımcanın, kartofun qiymətlərində ucuzlaşma, uzun düyünün, buğda ununun, makaron məmulatlarının, toyuq ətinin, balıq məhsullarının, yumurtanın, bitki yağlarının, limonun, kələmin, göyərtinin, pomidorun, göy lobyanın, çuğundurun, kökün, sarımsağın, baş soğanın, qara və yaşıl çayın, spirtli içkilərin qiymətlərində isə bahalaşma müşahidə olunub.

Müşahidəsi aparılan qeyri-ərzaq mallarından avqust ayı ərzində parçaların, inşaat materiallarının, minik avtomobilləri üçün ehtiyat hissələrinin, məişət cihazlarının qiymətlərində bahalaşma, geyimin, dərmanların, minik avtomobillərinin, telefon aparatlarının qiymətlərində isə ucuzlaşma müşahidə olunub.

Avqust ayında əhaliyə göstərilən pullu xidmətlərdən hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma tarifləri ucuzlaşıb, ali təhsil müəssisələrində təhsil haqları isə bahalaşıb(aznews).

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 8
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."